İraqlı yazıçı qətlə yetirildi

İraqlı yazıçı qətlə yetirildi

İraqlı yazıçı Ala Məşdub qətlə yetirilib.

Yarpaq.Az xəbər verir ki, yazıçı və fəal və olan Məşdub evinin qarşısında silahlı hücuma məruz qalıb və hadisə yerində həyatını itirib. 

Şiə məzhəbinə mənsub olan yazıçı təxminən 2 həftə əvvəl İran lideri Ayətulla Xameynini sosial media hesabında tənqid etmişdi. Məşdubun Şiə din xadimlərini tənqid edən yazıları da var idi.