İsmayıl Rizvanoğlu -

İsmayıl Rizvanoğlu - "Dilənməyin qaydaları"

Dilənmək... Dilənmək - günümüzün ən aktual mövzusu. İnanın tam səmimi deyirəm. İnanmırsızsa izah edim. Baxın, hər kəs dilənir, hər kəs. İstər özəl şirkətlər olsun, istərsə də adi adamlar. Hər kəs dilənir. Hətta, Tanrının insan beyni vasitəsi ilə ərsəyə gətirdiyi aparatlar belə dilənir. Fikir verirsiz? Zarafat öz yerində.İndi isə gələk məsələnin ciddi tərəfinə. Hara baxırsan küçələr doludur "dilənçilərlə". Ay balam, ay başınıza dönüm bunlara bir yiyə duran yoxdur? Əşi var, niyə yoxdur. Sadəcə əl əli yuyur necə deyərlər, əl də üzü. Bu öz yerində. Hələ sizə banklarımızın dilənməyindən demirəm eee... Dilənmirlər e adamın rəsmən qanını sorurlar. İndi yenə sual verəcəm ki, ay balam yiyəsi yoxdur... Sözüm ağzımda qalır bu anda...Error... Yenə də Allah atalarımıza rəhmət eləsin. Bayaqkı misal. "Bəs problemin həlli yolunda hansı addımlar atılır?" Yenə də error... Arada əziyyət çəkən sovet dönəminin dili ilə desək fəhlə təbəqədir. Hə bir də kasıb təbəqə, bu artıq sovetlərə aid olmayan bir sözdür zənnimcə. Deyirəm bu cür aktual mövzular qala-qala hələ də mediyamız düşüb "manısların" izinə. Birdəki, düşər də, burda da lap yerinə düşür deyim, "Ay balam kim öz ayranına turş deyər?" Heç kim... Qınamayaq da yazıqları, çörəkləri onlardan çıxır.

Deyirlər işsizlikdir. Xeyr işsizlik deyil, iş var sadəcə dövrü-qədimdən yeyib yatmağı çox sevirik. Bax ona görə də şikayətlənirik. Nə başınızı ağrıdım. danışdıqca, yazdıqca guya nə düzəlirki? Sonda deyəcəyim odur ki, istər mədəni olsun , istərsə də qeyri-mədəni "dilənmək" indi aktuallaşıb. Hə, yadıma düşmüşkən, o gün dostumla maşında söhbət edirdik ki, bir xala "dilənçi" yaxınlaşdı ki, bəs pul verin. Dostumda qayıdasan xalaya ki, "Ay xala bir söz soruşum ee, bax bu qardaş var ha, borcları var necə eləsin ki, tez bağlaya bilsin? Xala gözünə döndüyüm də, qayıdasan ki, necə eliyəcək, həftə içi hər gün, Metro Parkın solunda oluram gecəyə qədər, gəlsin dilənməyin qaydalarını öyrədim." Gülməlidir? İnanın özüm də bilmirəm, buna gülüm yoxsa ağlayım?