İsmayıl Rizvanoğlu - Laqeyid qadın

İsmayıl Rizvanoğlu - Laqeyid qadın"

Gün gələcək yenə tək qalacaqsan, Sevgiyə, xoş sözə həsrət qalacaqsan, Günlərlə əriyib yox olacaqsan Çox qədir bilməzsən "laqeyid qadın".

Bir səhər yuxudan oyanacaqsan, Yanında kimsəni görməyəcəksən. Sualım var, cavab ver: Dözə biləcəksən? Çox qədir bilməzsən "laqeyid qadın".

Ən qəmli mahnılar dinləyəcəksən, Ağlayıb, sızlayıb, inləyəcəksən, Bezib də ölməyi istəyəcəksən. Çox qədir bilməzsən "laqeyid qadın".

Facebook dostların hər gün artacaq, Onları, yüzləri xoş söz yazacaq, Biləndə "sən kimsən" dərhal qaçacaq. Çox qədir bilməzsən "laqeyid qadın".

Oxuyub bunları yan keçəcəksən, İçində gizlincə dərd edəcəksən, Nə vaxtsa "sevməyi" öyrənəcəksən, Tarixə düşəcək həmin an adın, Çox qədir bilməzsən "laqeyid qadın"!