İsmayıl Rizvanoğlu – “Mexikolu alfonsun Bakı macəraları” – 2   (+18)

İsmayıl Rizvanoğlu – “Mexikolu alfonsun Bakı macəraları” – 2 (+18)

Mexikolu alfons bir neçə il sonra Bakıda tapılır...

"Nicat Həşimzadə” – nin eyni adlı hekayəsinin davamı olaraq...

 

Dünyanın ən dəhşətli qadını - elədiyi səhvi danaraq özünü təmizə çıxartmağa çalışan qadındır.

(Garsiya Ernandes)

Mexikolu alfons Garsiya Ernandes 34 yaşı olanda ilk dəfə Bakıya gəlmişdi. Axırıncı hadisədən sonra mexikolu alfonsdan xəbər-ətər yox idi. Uzun illər peşəsinə görə müxtəlif ölkələri gəzərək xidmət göstərən Ernandes Bakıda bir nüfuzlu qadının qurbanı olmuşdu. Öz ölkəsində nüfuz qazanmağına baxmayaraq onu Bakıda heç kəs tanımadığından, itgin düşməsi və ya ölməsindən də belə xəbər tutan olmamışdı. Ernandes Bakı haqqında məlumatları bir çox əcnəbi vətəndaşlar kimi "google” dan axtarmış və Bakıya səfər eləmişdi. Oxuduğu məlumatlardan bu şəhərdə hər şeyin mükəmməl olduğunu görmüş və bura gəlməyə səbrsizlənirdi. O, təyyarəyə minib Bakıya hava limanına gəlincə yolda, bu şəhər barədə o qədər həvəslənmişdi ki... Ernandes burda yaxşı qazanacağına heç də şübhə etmirdi. Hardan bilərdi ki, məşhur mexikolu alfons Bakıda bir qadının qurbanı olacaq. Bakıya çatdığında şəhərin əzəmətinə heyran olmuş, hətta buranı doğulduğu, bu sənətə sahib olub, yaxşı pullar qazandığı doğma şəhəri Mexikoya da bənzətmişdi. Amma o bilmirdi ki, bu şəhərdə qadınlar öz əlləri ilə kişilərini xaricə yola salıb, sonra da televiziya verlişlərində axtarışa çıxırlar... O bilmirdi ki, bu şəhərdə, qadınlar pullu sevgililəri daha çox sevirlər, yox ki, pullu alfonsları...Həm də onu da bilmirdi ki, bu şəhərdə qadınların kişilərinə xəyanət etməyi cinayət, kişilərin isə qadınlarına xəyanəti adi qəbul olunurdu... Ernandes bu şəhər haqqında müəyyən şeylər bilsədə, bir çox şeylərdən də xəbərsiz idi..Ernandes bilmirdi ki, onun qazancı bu şəhərdə elə də güclü olmayacaq. Ernandes bilmirdi ki, bu şəhərdə zorlanma halları və cinayətlər, Amerikanın ispanlar yaşayan məhəlləsindən heç də geri qalmır. Ernandes onu da bilmirdi ki, bu şəhərdə nüfusuzuna görə hər kəsi məhv etməyə qadir olan çoxlu qadınlar və kişilər var idi. Ernandesin düşüncələrində olan Bakı onun həyatını bilməzdi ki, bu qədər çətinə salacaq...

 

Düz altı il sonra, Garsiya Ernandes qırx yaşında Bakıdakı mərkəzi küçələrin birində ayyaqqabı təmizləmək üçün ayaqlarını uzadan adamların stulunun arxasında tapıldı. Çox qəribə idi...Bir zamanlar pul müqabilində bir-birindən gözəl qadınlara xidmət göstərən mexikolu alfons bir neçə ildən sonra,həm qarnı yekə, burnu zırpı, boynu yoğun kişilərin, həm də şalvarlarının balağı dar tikilmiş, saçları gözlərinin üstünü örtən, əlində təsbehlə fırlanan bəzi adamların xidmətində duracaq. O, ölməməsi üçün bu işlə məşğul olurdu.. Ernandes fikirləşirdi ki, fərqi yoxdur hansı peşəylə məşğul olursan ol, mütləq işini layiqincə görməlisən. Ernandesin dilini çox az adam başa düşərdi. O, Bakıda qaldığı sürədə bir çox əcnəbi miqrantlar kimi yalnız milli valyutamızı yaxşı əzbərləmişdi ki, ona haq-hesabda atan olmasın. O iş vaxtında həmişə susar, başı aşağı işini görərdi. İnsanlar, xüsusən qadınlar onun hələ də yaraşıqlı qalan simasını görüb, niyə məhz bu işlə məşğul olduğunu fikirləşirdilər. Bəli, Ernandes həqiqətən də yaraşıqlı idi. Bir zamanlar ölümlə oynamaq ona böyük adrenalin versə də artıq bu işlərin də başını buraxmışdı... Ernandes Bakıda olduğu illərdə bir şeyi dəqiqləşdirmişdi, hər kəsin üzünə gülümsəmək. Çox vaxt da saxta təbəssümlərlə.

Bu illərdə Garsiya Ernandesin nə işlə məşğul olduğunu, niyə Bakıya gəldiyini, başına gələn hər şeyi, Bakıda yaşayan, yerli telekanalların birində çalışan, çox savadlı, xüsusəndə ingilis dilini peşəkar bilən bir jurnalist xanım danışdı. Bu xanım illərin alfonsunun niyə birdən məhz bu işlə məşğul olmasını da analiz eləməyə çalışdı. İşdən sonra dənizkənarı bulvardan gəzintiyə başlayıb Mərkəzi Univermağa qədər küçələri gəzən bu xanım, yorğunluğunu və iş sonrası stresini belə atırdı. Fəvvarələr meydanı adlanan ərazidən keçərkən həmişə bu adama tamaşa edər və özündə bir güc axtarardı ki, ona yaxınlaşıb müsahibə alsın. Həm də axı mexikolu alfons çox yaraşıqlı biri idi. Nəhayət uzun sürən müşahidələrdən sonra jurnalist xanım Ernandesə yaxınlaşır. Onunla ilk tanışlığında anlaylır ki, bu cənab yerli deyil. İngilis dilinin mükəmməliyindən dolayı çox maraqlı bir müsahibə almış olur...

Bu altı ildə Ernandes, çoxdan həvəslə məşğul olduğu peşəsinə indi daha maraq göstərmirdi. Ona görə də mexikolu alfonsun həyatında demək olarki, bu altı ildə bir dənə də olsun qadın olmamışdı. Bəlkə də buna səbəb, Ernandesin Bakıda başına gələn hadisə olmuşdu.

Başınızı çox ağrıtmayım. Ernandes bu qadınla bir müddət sevgili oldu. Amma mexikolu alfons Ernandes kimi yox, Bakılı jurnalistin mexikolu sevgilisi kimi. Çox keçmədi Bakıdakı bir çox portallar bu adla xəbərlər yaymağa başladılar: "Bakıdakı məşhur jurnalistin mexikolu sevgilisi!!!”, "Yerli jurnalistin mexiko sevgisi!!!”, "Məşhur jurnalist əcnəbi vətəndaşa ərə gedir!!!” və s. Hər zaman ki, bayağı başlıqlarla gündəmi ələ alan bir çox saytlar Ernandesdən yazırdı və bu gedişlə mexikolu alfons məşhurlaşmağa başladı. Amma nə bilərdi ki, bu məşhurluq onun üçün heç də yaxşı nəticələnməyəcək...

Bir neçə il sonra "əcnəbi vətəndaş Frederik Garsiya Ernandes”, onun tam adı belə idi, yaşadığı evdə arvadı tərəfindən qətlə yetirilmişdi.

Bütün həyatını qadınlara həsr etmiş mexikolu alfons, məhz qadını tərəfindən öldürülmüşdü. Bəlkə də, Ernandesin səhvi sənətini atıb, ailə qurmaqda idi, bəlkə də elə Bakıya gəlməkdə? Bəlkə də Ernandes haqlı olaraq alfonsluq edirdi? Bütün bu suallar isə onun ölümündən sonra əbədi olaraq cavabsız qalacaqdı...

İsmayıl Rizvanoğlu