Kamran Süleyman - Atatürkün ölümə yazdığı məktub

Kamran Süleyman - Atatürkün ölümə yazdığı məktub

ATATÜRKÜN ÖLÜMƏ YAZDIĞI MƏKTUB DONAN SAATLAR Bir vağzalda itirdiyin qatar fiti, üzünə yapışan qəzet parçası, ayaqlarına dolanan külək və sənə toxunan hər şey hazırdı səni gecikdirməyə... Sən gedəcəkdinsə bunların hamısı təbiətin nəyinə gərəkdi... Mən payızı yaşama demirəm payızı sev deyirəm... İnsanı hislərin ensiklopediyası, yağışı buludların sinfoniyası, ölümü həyatın akustikası bilməyini istəyirəm... Kağız arasında ölən hörümçək, öz torunda can vermək istəməzdi. Qalibiyyət savaşmadan qazanılmır deyirlər yalan sözdü savaş hələ başlamadan itirmək deməkdi... Mənə görə sevgi torpağı insan kimi yox, insanı torpaq kimi sevməkdi... Və sən birinci həyatımın üçüncü yoldaşı səni sevmək o qədər qəlizdi ki, həyatımda, Vətənimdə bu qədər seviləcək qadın varkən... Mənim qəlbimdəki "serrozla" sevirəm səni. İndi bizi İstanbul fəthindən, Cümhuriyyət dövrünə qədər bir zaman kəsiyi ayırır... Bilirəm ölüm - ömrün təhvil təslim vaxtıdı. mənə görə ölüm bütün donan saatları qucaqlayıb yatmaqdı...