Kamran Süleyman - Oyanış
Köşə, Poeziya
- 14.04.2015
- 0 Şərh
- 1086 Baxış
Sahilə çəkilmiş
mavi gözlü qız kimisən...
Gözlərin -
dənizi utandıran
rənglərin lal oluşudur...
Bilmədiyim şifrələrlə
yazılmısan ömrümə,
Gözəlliyin -
tanımadığım rəssamın
sevgi qoxulu məktubudur...
Səni axtarmaq günahdı
İtirilmiş
kədər kimisən...
Səni tapmaq da günahdı,
Sevgidən
itkin kimisən...
Kamran Süleyman
Kamran Süleyman