Kamran Süleyman - SEVGİYƏ TUTUNANLAR

Kamran Süleyman - SEVGİYƏ TUTUNANLAR

 

 

 

 

 

SEVGİYƏ TUTUNANLAR

Yuxuların tərsinə yozulduğu
gözlərdə
Sevgilərin tərsinə yazıldığı
şəhərdə
tapmışdım səni...
Hər görüş
gecənin kədərinə yazılırdı.
İnanırdım,
pıçıltılar
cəsarətli sözlərə çevriləcəkdi
bir gün...


Leyla üçün

Kamran Süleyman