Kamran Süleyman - SON DƏFƏ DARIXMAQ...

Kamran Süleyman - SON DƏFƏ DARIXMAQ...

Sənin bu şəhərdə olmağın belə Mənə bu yerləri doğmalaşdırır. Uzaqdan baxıram o köhnə evə O da sənin kimi uzaqdan baxır. Səni tanıdığım yaşdayam hələ Sevgin qocaltmadan öldürür məni. Ən arzuolunmaz keçidlərində Ömür ayaqüstə sürüyür məni... Qara lövhələrdə sənsiz cümlələr Gözlərim gecəylə yıxılıb yatır. Yataqda əriyir buz sevişmələr Səhərə SON DƏFƏ DARIXMAQ qalır Eyni ədasıyla oyanır səhər Gecə dodağından öpüb ayrılır. Səni əvəz edir ağ siqaretlər Dodaqda dumanlı musiqi qalır.