Kanadada Azərbaycan telekanalı açıldı

Kanadada Azərbaycan telekanalı açıldı

Noyabrın 20-dən Kanadada yeni Azərbaycan telekanalı fəaliyyətə başlayıb.

Yeni televiziya kanalı “Heydərbaba” adlanır. HBTV brendi ilə efirə çıxan telekanal həftədə üç dəfə - cümə axşamı, cümə və şənbə günləri yerli “Rogers” televiziyasından Azərbaycan dilində yayımlanacaq.

Telekanalın əsas məqsədi Azərbaycanın tarixi, musiqisi və mədəniyyətini yerli ictimaiyyətə tanıtmaqdır.

“Rogers” televiziyasından digər bir Azərbaycan telekanalı - AzCanTV də yayımlanır.