“Kaxetiya şərabı”na görə hökm çıxarıldı

“Kaxetiya şərabı”na görə hökm çıxarıldı

Gürcütanda məşhur rəssam Niko Pirosmaninin məşhur “Kaxetiya şərabı” əsərinin taleyi ilə bağlı hökm çıxarılıb.

“Novosti-Qruziya”nın verdiyi xəbərə görə, şəklin qeyri-qanunu ölkədən çıxrılması ittihamı ilə 5 nəfər mühakimə olunub.

Günahlarını etiraf etdikləri və istintaqa yardım göstərdikləri üçün onlara yüngül cəza verilib. Üç nəfər şərti iş alıb, digər iki nəfərdən biri bir, o biri il yarım müddətinə həbs cəzaı alıb.

“Kaxetiya şərabı”nı qaçaqmalçılar Rusiyaya Azərbaycan vasitəsilə keçirmək istəyiblər. Əvvəllər isə bu tablo fərdi kolleksiyalarda saxlanılıb.

Onlar əsəri yarım milyon dollara satmaq istəyiblər. Hazırda tablo muzeydə saxlanılır.

Bu ilin əvvəlindən Gürcüstanda Pirosmaninin rəsm əsərlərinin bir neçə dəfə qeyri-qanuni çıxarılması ilə bağlı bir neçə cəhd olub. Primitivizm cərəyanının nümayəndələrindən olan Pirosmani XIX əsrin sonu – XX əsrin əvvələırənidə yaşayıb-yaradıb.