“Çölçü”nün növbəti uğuru

“Çölçü”nün növbəti uğuru

"Çölçü” filmi üç beynəlxalq film mükafatının - "Accolade global film competition”, "Oniros film awards”, "Depth of field international film festivalı”nın müsabiqə proqramına daxil olub.

Bu barədə AZƏRTAC-a filmin rejissoru Şamil Əliyev məlumat verib.

Ekran əsəri 2012-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyasında çəkilib.

"Çölçü” filmində arxaik aləmdə yaşayan çölçü ilə müasir mədəniyyətin daşıyıcısı olan gənc qızın münasibətlərindən bəhs edilir. Atasının ölümündən sonra dərviş kimi yaşayan çölçü bu kəndli qızı ilə rastlaşandan sonra onun həyatı tamam dəyişir.