Lev Tolstoy mükafatı yəhudi yazıçıya verildi

Lev Tolstoy mükafatı yəhudi yazıçıya verildi

İsrail yazıçısı Amos Oz "Yasnaya Polyana” mükafatı ilə təltif edilib.

Rusiya mətbuatının verdiyi məlumata görə, mükafat Lev Tolstoy malikanə-muzeyi tərəfindən təssis edilib.

O, bu mükafata "Xarici ədəbiyyat” kateqoriyasında sahib olub. Yazıçı rus dilində çap edilmiş "İuda” romanının təqdimetməsinə gəldiyi zamana mükafat ona təqdim ediləcək.

Amos Oz bir sıra beynəlxalq mükafatların laureatıdır.

Lev Tolstoy malikanə-muzeyi və Cənubi Koreyanın Samsung kompaniyası 2003-cü ildən "Yasnaya Polyana” mükafatını təqdim edir. Mükafat dörd kateqoriyada verilir: "Müasir rus prozası”, "Xarici ədəbiyyat”, "Hadisə” və "Oxucuların seçimi” (AzNews.az).