“Ölülər” səhnəyə döndü - FOTOLAR

“Ölülər” səhnəyə döndü - FOTOLAR

Mayın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin "Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Tamaşa teatrın direktoru, Xalq Artisti Azərpaşa Nemətin quruluşunda səhnələşdirilib.

Özünəməxsus formada nümayiş olunan tamaşada görkəmli bəstəkar, SSRİ Xalq Artisti Qara Qarayevin "Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın elmi məsləhətçisi akademik İsa Həbibbəylidir. Bu dəfə "Ölülər”in Şeyx Nəsrullahı Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov olub. Tamaşada digər obrazları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, aktyorlar Canəli Canalıyev, Xədicə Novruzlu, Rada Nəsibova, Adil Dəmirov və başqaları məharətlə canlandırıblar.

Tamaşa böyük maraqla qarşılanıb.

Ədəb.Az