Londonda

Londonda "Cazərbaycan" adlı konsert

"Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən II Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində "Ronnie Scott`s" caz klubunda "Cazərbaycan" adlı konsert gecəsi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə tanınmış azərbaycanlı caz ustaları Əminə Fiqarova və İsfar Sarabski konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, tədbirdə Ə.Fiqarovanın rəhbərlik etdiyi "Əminə Fiqarova seksteti"nin və İ.Sarabskinin rəhbərlik etdiyi "İsfar Sarabski trio"sunun ifasında Azərbaycan və Qərb cazından kompozisiyalar səsləndirilib.

Xatırladaq ki, pianoçu və bəstəkar İsfar Sarabski və Əminə Fiqarova caz kompazisiyalarında muğam elementlərindən tez-tez istifadə edir və hazırda ən dinamik inkişafda olan Azərbaycan caz musiqiçiləridir.

Edebiyyat.biz