Martin Lüter Kinq -

Martin Lüter Kinq - "Bir xəyalım var"

1963-cü ilin 28 Avqustunda Martin Lüter Kinqin 300 min insan qarşısında söyədiyi "Bir xəyalım var" nitqi, tarixin ən təsirli nitqləri arasındadır.

BİR XƏYALİM VAR!

Ölkəmizin tarixində azadlıqlarla əlaqədar təşkil edilmiş olan bu ən böyük nümayişdə, bu anda aranızda olmaqdan qürur duyuram.

Bundan bir əsr qədər əvvəl, bu an mənəvi himayəsində olduğumuz Böyük Amerikada, Azadlıq Bəyannaməsi imzalanmışdı. Bu tarixi sənəd, əsarət zənciri altında yaşamış və ədalətsizlik atəşiylə yanıb qovrulmuş milyonlarla zənci üçün, uzun və zülmət qaranlıq əsarət gecələrini sona çatdıracaq bir ümid işığı halına gəlmişdi. Ancaq çox təəssüf ki, bundan 100 il sonra belə, qaralar hələ azad deyil və həyatlarını irqçiliyin və ayrı-seçkilikçiliyin qandallarına məhkum olaraq, sürünərək keçirirlər.

Ucsuz-bucaqsız zənginliklər okeanın içində, kasıblıqla əhatə edilmiş tək bir adada yaşayırlar. Hələ özlərini Amerika cəmiyyətindən təcrid edilmiş, öz torpaqları üzərində sürgün hiss edirlər və ağrılar içində qıvrılırlar. Və bu məqsədlə; bu gün, bu utanc verici vəziyyəti gözlər önünə sərmək üçün burada toplanmışıq.

Bir mənada bu gün, ölkə paytaxtına artıq vədəsi dolmuş çeklərimizi pozdurmaq üçün gəldik. Böyük Respublikamızın yüksək memarı, İnsan Haqqları Bəyannaməsinin və konstitusiyamızın möhtəşəm sözlərini imzaladıqlarında, eyni zamanda hər bir Amerikalının bu mirasdan özünə düşən payı ala biləcəyini də vəd etməkdə idilər.

Bu elə bir vəd idi ki, hər kəsin; bəli, qara olsun ağ olsun hər kəsin imtina edilməz və təhvil verilə bilməz, azadca həyata və xoşbəxt olma haqqlarını təminat altına almaqda idi.

Bu gün artıq bu gerçəkdir ki, Amerika vəd edilən bu haqqdan, vətəndaşlarının rəngləri mezakirə mövzusu olduğunda, imtina etmiş kimi görünür. Bu müqəddəs öhdəçiliyi ifa etmək yerinə, zənci vətəndaşlara, üzərində "qarşılıqsız" yazan saxta çəklər verilir.

Ancaq biz, Ədalət Bankının müflisləşmiş olduğuna inanmırıq. Bu ölkənin əngin fürsətlər xəzinəsinin müflisləşmiş olduğuna inanmaq istəmirik. Onun üçün bura; bu çekin, dilədiyimiz anda azadlığımızı və ictimai zəmanətimizi geri verəcək olan bu çekin, qarşılığını almağa gəldik.

Ayrıca, bu müqəddəs məkandan, Amerikaya, bu işin çox təcili olduğunu xatırlatmağa gəldik. İşləri ləngitmə və ya narkotik çəkmiş kəslər kimi yavaşdan hərəkət etmə zamanı deyil. Vaxt, demokratiyayla əlaqədar vədlərin reallaşdırma zamanıdır. Vaxt, xalqımızı ədalətsizlik və irqçilik bataqlığından, qardaşlığın möhkəm zəmininə oturtma zamanıdır. Vaxt, tanrının bütün övladları arasında reallaşdırma zamanıdır.

İçində olduğumuz bu anın təcililiyini görməməzlikdən gəlmək və bizi qara vətəndaşların dayanıqlılığını səhv qiymətləndirməmək, ölkəmiz üçün gerçək bir fəlakət ola bilər. Qaraların məmnuniyyətsizliyinin gətirib çıxardığı bu bürkülü isti yaz atəşi, ta ki qardaşlığın və azadlığın gələcəyi sərin payız günlərinə qədər sürəcək. 1963-cü il bir son deyil, yalnız bir başlanğıcdır. "Zəncilərin bir az hava atıb boşalmağa ehtiyacları var, bunlar dərhal sakitləşərlər" deyə düşünənlər bunu yaxşı bilsinlər ki, əgər bu üsul əvvəlki tutumlarına yenidən dönəcək olsa, sarsıdıcı bir oyanışla qarşılaşacaqlar. Zəncilərin vətəndaşlıq haqqları verilmədiyi müddətcə, Amerikada nə bir rahat nə də bir dinclik qalacaq. Ta ki, ədalətin işıqlığına qovuşana qədər, üsyan fırtınaları xalqımızın təməllərini sarsıtmağa davam edəcək.

Ədalət sarayına gedən isti eşiyin üzərində dayanmaqda olan xalqıma da deyiləcək bir cüt sözüm var. Haqlı iddiamızı reallaşdırma yolunda səhv tutum və davranışların əsiri olmamalıyıq.

Azadlıq atəşimizi acı və nifrət kasasından içərək söndürməyə çalışmalıyıq. Mübarizəmizi daim intizamın uca qanadları altında davam etdirməliyik. Yaradıcı etirazlarımızın fiziki bir şiddətə çevrilməsinə əsla icazə verməməliyik. Hər vaxt, fiziki gücə, mənəvi gücümüzün ucalıqlarıyla cavab verməliyik.

Zənci cəmiyyətini ətraflı əhatə etmiş olan bu yeni və müqəddəs ruh, bizi bütün ağ insanlara qarşı bir etibarsızlığa yönəltməməlidir. Ağ qardaşlarımızın bir çoxu, öz qədərlərinin bizimki ilə möhkəm bağlı olduğunu idrak etməkdədir. Bunun ən gözəl dəlili, bu an bizim aramızda olmalarıdır. Biz, bu yolu tək başımıza gedə bilmərik.

Yolumuzda irəliləyərkən; daim irəliyə baxacağımıza söz verməliyik. Artıq geri dönməmiz mümkün deyil… Özlərini vətəndaşlıq haqqları uğruna həsr etmiş kəslərə, "Daha nə vaxt təmin olacaqsınız? "deyənlərə, zənci xalqın heç bir zaman dilə gətirə bilmədiyi polis zülm və dəhşətin bitdiyi ana qədər, "Əsla təmin olmayacağıq!" deyəcəyik.

Bizlər, bu yolda getməkdən əldən düşmüş bədənlərimiz, şosedəki motellərdə və şəhərdəki otellərdə istirahət edə bilmədikcə, əsla təmin olmayacağıq.

Bizlər, uşaqlarımızı şəxsiyyətlərindən sıyıran və insanlıq dəyərlərindən qoparan "Ağlara məxsusdur" yazan tabellər var olduğu müddətcə əsla təmin olmayacağıq.

Bizlər, Mississippidəki bir zənci səs verə bilmədiyi və New Yorkdakı bir zənci səs verməyə dəyər bir şey olmadığına inandığı müddətcə, əsla təmin olmayacağıq.

Bizlər, ədalət sular kimi çağlamadıqca və haqqlar gur bir çay kimi coşmadıqca, qətiyyən təmin olamarıq və ola bilməyəcəyik.

Bir çoxunuzun bura böyük bir çətinliklərin içindən sıyrılaraq gəldiyinizi başa düşürəm. Kiminiz dar zindanlardan hələ xilas olmuş olaraq buradasınız. Kimiləriniz də, azadlıq eşqiniz zülm küləkləriylə kölgələndiyi və polis işgəncəsiylə əzildiyi yerlərdən gəlirsiniz.

Sizlər, iztirabın hər növünü dadmış qəhrəmanlarsınız! Acı çəkmədən qazanılan müvəffəqiyyətlərin gəlib keçici olduğu inancıyla, yolunuza davam edin…

Bu vəziyyətin bir şəkildə dəyişdirilə biləcəyini və mütləq dəyişəcəyini bilərək Mississippi`yə qayıdın, Alabama`ya qayıdın, Cənub Carolin`ə, Georgia`ya, Louisiana`ya qayıdın, müasir şəhərlərimizin sahilindəki kasıb daxmalarınıza qayıdın.

Bu gün sizə bunu xatırladıram ki, dostlarım, ümidsizlik bataqlığında boğulmayaq. Bu an yaşamış olduğumuz və önümüzdə olan çətinliklərə baxmayaraq, hələ bir xəyalim var mənim. Bu xəyal, Amerikan yuxusunun dərinliklərinə kök salmış bir xəyaldır.

Bəli… Bir xəyalim var mənim…

Gün gələcək, bu xalq ayağa qalxacaq və öz inanc dəyərlərini tam mənasıyla yaşayacaq. Bu xüsus açıq-aşkar ortadadır ki, bütün insanlar bərabər yaradılmışdır.

Bir xəyalim var mənim!…

Gün gələcək, bir zamanlar kölə olanların övladlarıyla yenə bir zamanlar kölə sahiblərinin övladları, Georgia`nın qırmızı təpələrində, birlikdə qardaşlıq süfrəsinə otura biləcəklər…

Bir xəyalim var mənim…

Gün gələcək, Mississippi əyaləti belə, ədalətsizliyin və təzyiqlərin atəşiylə böhrana düşmüş olan o əyalət belə, bir azadlıq və ədalət vahəsinə çevriləcək…

Bir xəyalim var mənim…

Gün gələcək, dörd böyük uşağım, dərilərinin rənginə görə deyil, xarakterlərinin quruluşuna görə qiymətləndiriləcəkləri bir ölkədə yaşayacaqlar…

Bu gün bir xəyalim var mənim…

Gün gələcək, Alabama əyaləti, şirret irqçiləri ilə, ağızından həmişə müdaxilə və qadağan edər istiqamətində sözlər tökülən qubernatoru ilə, o əyalət belə, balaca qara oğlan və qız uşaqlarının, balaca ağ oğlan və qız uşaqları ilə, qardaşca əl-ələ alovlana biləcəkləri bir yer olacaq…

Bu gün bir xəyalim var mənim…

Bəli, bir xəyalim var…! Gün gələcək, azadlığımızın qarşısında bir mane olan bütün vadilər yüksələcək, bütün dağlar əyiləcək, kələ-kötür yerlər bərabərləşəcək və Allahın uca şanı yer üzünə enəcək və bütün canlılar bunu birlikdə görəcək.

Bizim ümidimizdir budur… Bu ümidlə Cənuba gedəcəyik. Bu inancla ümidsizlik dağlarını yonaraq bir ümid abidəsi tikəcəyik. Bu inancla ölkəni qucaqlayan ahəngsiz səsləri qardaşlığın simfoniyasına çevirəcəyik. Bu inanc sayəsində, bir gün azad olacağımızı bilərək, hamı birlikdə mübarizə edəcək, hamı birlikdə həbsə düşəcək və azadlığ üçün hamı birlikdə ayağa qalxacaq.

Və o gün uca Allahın bütün qulları yeni bir ruhla bu mahnını oxuyacaqlar:

Mənim ölkəm, sənin ölkən.
Azadlığın gözəl yurdu,
Sənə söyləyirəm bu mahnını.
Atalarımın öldüyü torpaqdır bura.
Şəhidlərin qüruru olan torpaq…
Hər bir dağın yamacından,
Azadlıq əks-sədalanacaq!

Və əgər Amerika böyük bir ölkə olacaqsa, bunun reallaşması şərtdir. Elə isə, New Hampshire`nin uca təpələrindən azadlıq…Yanğılansın, New York`un ulu dağlarından…Və… Pennsilvania dağ qəsəbələrinin zirvələrindən… Colorado`nun qarla örtülü qayalıqlarından yanğılansın!.. Yanğılansın, California`nın kələ-kötür yamaclarından… Yalnız Georgia`nın Dağlarından deyil, Mississippidəki hər bir ağacın yamacından yanğılansın azadlıq…

Və bunu bacardığımızda, hər qəsəbədən və kənddən, hər əyalətdən və şəhərdən azadlıq mahnısının əks-sədasını eşitdiyimizdə, o gün daha da yaxın olacaq və Allahın bütün qulları qaralar və ağlar, Yəhudilər, Xristianlar, Müsəlmanlar və Buddistlər əl-ələ alovlanaraq qaraların köhnə bir ilahisini söyləyəcəklər.

Sonunda azadıq!
Şükrlər olsun Ya Rəbbim!
Sonunda hamımız azadıq.

Tərcümə:Ziya Balıyev