Məhəmməd Nuri. Şəhər qopdu qucağımdan... (ŞEİRLƏR)

Məhəmməd Nuri. Şəhər qopdu qucağımdan... (ŞEİRLƏR)

Məhəmməd Nuri 1985-ci ildə anadan olub. Güney Azərbaycanın Muğan bölgəsində yaşayır.

Təxminən 15 ildir şeir və ədəbiyyatla məşğuldur. 

***

İşıq dirəkləri yuxularımın içindəki ayı
Balkonların çiyininə töksə,
Parçalanar suyun on dördüncü mərtəbəsi
Apartmanın pəncəsindən baxanda
Pillə-pillə enər içimə
Mələklər
Tabutlar
Evlər

Addım-addım şəhər qopdu qucağımdan
Məndən ayrıldı fotolar
Küçələr
Quşlar
Yol ayrıcımlarında yaralarımdan bakirə irmaq açıldı
Aralanıb-arazlandım
Ap-açıq gövdənlə cazibə qanununu pozursan,
Sən şeir geyinirsən
Şeir səni soyunur!

İçimdə bir vals başlanır
Donun sülh bayrağıdır
Bilirsən
Xiyabanla müharibə arası, ambulans yaralarımı daşıyır
Evlərin yaddaşındakı adresə,
Küçə dayanır qapı ağzında
Sən məndən sovuşursan, bilmirsən!

Bir gecə əlimdən düşsə ay butulkası, 
dağılsa eyvana
və eyvan ambulansa minmiş minarələrin şeirinə düşsə!
Dünya stansiyada yox,
Toqquşmadan sonra, müsafirlərini endirər yarı yolda.
Mövcudluq mütəmadi şəkillərin tərəddüdüdür məsafələr arası.

Min dodağıma şeir ol bölüm-bölüm
Min qucağıma
"Min bir gecə"dən keçək
Min
Gözümdə qalan mətnin gövdəsinə, 
davam etsin sast 24 radələrinə

Görəcəksən bir gün
Keçmişdə qalan nə varsa
Gələcəyə qayıdacaq məndən.


***

Bu baharı əyninə sərsəm
Və köynəyindəki çiçəkləri dərib,
Al-yanaqlarına şəfəq tarlası sərsəm,
Pəncərə sərsəm,
Səni sərsəm,
Çəksəm pərdəni
Gövdə bardağın, divardakı şəkildən dağılar yatağıma,
Sərsəm şeirlərə səni.

Bu bahar içım ilğımdır
Bütün xiyabanların arxivindən,
Dərini-dayazını üzərək,
Bu yol üstə duran adamlar
Araz mutlusu deyə,
Axar sevişmələrin qaynağı olur cevrilmiş çevrələrin çılpaq sevgilisi!

Avtobusların pəncərə paylaşmasında
Otağım yazıların soyunur
Şəhərin boş duraqlarına,
-dəlidir bu adam!
Əli silahlı yalnızlığını paylaşır taksilərə,
Dəlidir bu adam!
İmajlı ilmanq, əndamının terminlərinə sarğın tellərin
Külək toplumundan dağılan əsgərlərdir.
Açıq-saçıqcasına ölkəmi ələ alır.

Bu bahar
Sən əllərini doldur içimə,
İçin-için şərab içkisi ilə bu cama
Bu canım
Bir gün divanda oturub sənə demişdim:
Niyə sənlə əlaqə saxlamaq olmur?!

Bu bahar
Soy pəncərələri
Soy misraların paltarını,
Misir ehramı döşlərinin hərəmindən hulul etsin,
Soy
Soy adınla adlandırdım soyqırımın!

Qırmızı çiçəkdin, nə idin?
Nə dindin!
Nə çəkdin bilmədim
Bu bahar.