Məlahət Abbasova Atatürklə bağlı filmə çəkildi (FOTOLAR)

Məlahət Abbasova Atatürklə bağlı filmə çəkildi (FOTOLAR)

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı filmdə yer alan azərbaycanlı aktrisa Məlahət Abbasova 10 noyabr - Atatürkü anma günündə maraqlı paylaşım edib.

Sevilən aktrisamız filmdə Atatürkün bacısı Makbuləni canlandırdığını xatırladıb.

M.Abbasova bununla bağlı bildirib: "Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün həyatından bəhs edən və dəyərli sənət adamı Zülfü Livanelinin qələmə aldığı "Vida” filmində Atatürkün bacısı Makbulə obrazına seçilməyim və oynamağım mənim üçün böyük bir şərəfdir. Bəlkə də kiçik bir roldur. Amma Atatürkün bacısı roluna yüzlərlə aktrisanın içindən azərbaycanlı sənət adamı olaraq mənim seçilməyim həyatımda oynadığım çox gözəl rollarımın önünə keçdi. Və Ulu öndərin bacısı Makbulə sənət yaradıcılığımda mənim üçün özəl bir yer tutdu”.

Qeyd edək ki, film 2010-cu ildə çəkilib.
 



Mənbə: Kult.az