Məlik Cahan-Aman Allah nə pis darıxdım yenə.

Məlik Cahan-Aman Allah nə pis darıxdım yenə.

AMAN ALLAH NƏ PİS DARIXDIM YENƏ




Sarılaraq qələmə ağ kağıza,

" Sətir altda ” özümdən çıxdım yenə.

Qələm ilə çəkərək dağ kağıza,

Aman Allah, pisdarıxdımyenə.

Neynəyirəm bu acı həqiqəti?

Boğur məni gecələrin zülməti,

Həsrətin qəlbimdən çəkilmir qəti,

Aman Allah, nə pis darıxdım yenə.



Hislərimdə dağıntı var bu gecə,

Gözlərimdə yağıntı var bu gecə,

Ürəyimdə sıxıntı var bu gecə,

Aman Allah, pis darıxdım yenə.



Hamı məni bu ahımda tək qoyub,

Savabım da, günahım da tək qoyub,

Bu gün məni Allahım da tək qoyub,

Aman Allah, pis darıxdım yenə.



Bu
müəmmadır Allah? Bu sirr?

oldu mənə bu gecə? Bilinmir,

Olanları düşündükcə birbəbir,

Aman Allah, nə pis darıxdım yenə.



Bu gün yenə bağlıdır əlim, qolum,

Bulud kimi gah boşalım, gahdolum,

Bu sevgidən yox imiş çıxış yolum,

Aman Allah, nə pis darıxdım yenə.



Qaranlıqlar dərdə şərik yenə də,

Gecələrlə dərdləşərik yenə də,

Dörd divarla beş nəfərik yenə də,

Aman Allah, nə pis darıxdım yenə.



Qoy qanasın, yaraları sarıma!

Əsəblərim lap çəkilib tarıma,

Barı bu şeiri çatdırın yarıma,

Aman Allah, nə pis darıxdım yenə.



Məlik Cahan