Məlik Cahan - Biganənəm mən

Məlik Cahan - Biganənəm mən

Biganənəm mən...

Yenə də gəlmisən sən gözü yaşlı,
Deyirsən hər şeyi unudaq yenə.
Sevginlə ölürəm mən başı daşlı,
Sənsizlik əzabı zülm edir mənə.

Qorxuram əf edim yenə mən səni,
Yenə də bir gecə çıxıb gedəsən.
Yenə də peşmanlıq məhv etsin məni,
Yenə də mən olum sevgidən küsən.

Deyirsən bağışla,bir daha olmaz,
Yenidən qayıdaq əvvəllərə biz.
Deyirsən yenə də mənə şeir yaz,
Kədərdən,qüssədən qalmasın bir iz.

Sənə inanmaqda çaşıb qalmışam,
Qorxuram mən sənə öyrəşim yaman.
Hər dəfə inanıb peşman olmuşam,
Sənə öyrəşdikcə getdiyin zaman.

Gülüşün,sözlərin aldadır məni,
Sənə inanıram saf uşaq kimi.
Gedirsən,həsrətin ağladır məni,
Yoxluğun gətirir kədəri,qəmi.

Artıq yorulmuşam səni sevməkdən,
Sən elə düşünmə divanənəm mən.
Yoxluğun yaxşıdır belə gəlməkdən, 
Aşiqin deyiləm,biganənəm mən


Məlik Cahan...