Məlik Cahan - Bir səs eşidərsən

Məlik Cahan - Bir səs eşidərsən


Hər şeydən bu qədər qorxarmı insan?
Get daha, qorxmuram mən ayrılıqdan...
Amma ayrılaraq getdiyin zaman,
Bir səs eşidərsən: " Getmə, qal... " - deyər...

Amma sən gedərsən heç yubanmadan,
Bir an yorulmadan , geri baxmadan,
Etdiyin hər şeyçün yenə arxadan,
Bir səs eşidərsən: " Çox sağ ol... " - deyər...

Bir səs ömür boyu yaşayar səndə,
Ağlayar ağlasan, gülər güləndə,
Hətta gəlin köçüb, sən evlənəndə,
Bir səs eşidərsən: " Xoşbəxt ol..." - deyər...



Məlik Cahan