Mənəviyyatca güclü insanların etmədikləri 13 qayda

Mənəviyyatca güclü insanların etmədikləri 13 qayda




Biz tez-tez "Pozitiv düşün, yaxşı hadisələr baş verəcək” və ya "Bacardığın qədər çalış, sonunda işlər qaydasına düşəcək” kimi məsləhətlər eşidirik. Bu müdrik sözlər sizin üçün həqiqətən əhəmiyyət daşıdığı müddətcə, eyni anda sağlam olmayan hərəkətlər edəcəksinizsə, məqsədlərinizə çatmaq üçün onların heç bir köməyi olmayacaq. Ən yaxşı cəhdlərinizə mane olan qeyri-sağlam fikirləri, davranışları, hissləri tanımaq və əvəz etmək mənəvi gücün təməlini qoymaqda əsas açardır.

Mənəvi gücü fiziki güclə müqayisə etməyə çalışaq. Bodibildinqlə məşğul olan insan idman zalına getmək kimi yaxşı vərdişə sahib olaraq bədənini möhkəmləndirir, lakin bununla bərabər zərərli qidalardan vaz keçmək də onun üçün vacibdir. Qeyri-sağlam yemək vərdişləri azaldılmazsa, zəif əzələni möhkəmləndirmək üçün idman çalışmalarının heç bir təsiri olmayacaq.

Eynilə zehni məşqlər də gərgin iş, özünü həsr etmə və çalışma tələb edir. Sağlam vərdişlərə əlavə olaraq, neqativ düşüncələrdən, səmərəsiz hərəkətlərdən, özünü məhv edən emosiyalardan yayınmaq kimi zərərli vərdişlərdən yayınmaq da həmçinin əsas şərtlərdir.

Daha səbirli valideyn və ya seçilən atlet olmaq istəyinizdən asılı olmayaraq, mənəvi gücə sahiblənmək məqsədlərinizə çatmaqda kömək edəcək. Meylli olduğunuz ümumi qaydaları öyrənin və özünə nəzarətə kömək edəcək çalışmaları həyata keçirin.

Mənəvi güclü insanların etmədikləri 13 qayda bunlardır:

1. Özünə acımaq hissinə vaxt sərf etmək

Həyatın əksər problemləri və kədərləri qaçılmazdır, lakin özünə acımaq  hissi bir seçimdir. Xərclərinizi ödəmək üçün çabalayarkən və ya anlaşılmaz sağlamlıq problemlərinizlə məşğul olarkən, özünə yazığı gəlmək kimi bir hissi də üstəlik bura əlavə etmək problemlərinizi həll etməyəcək. İşləriniz alınmayanda  özünə acımaq hissinə meyillisinizsə, beyninizi bu hissi minnətdarlıq hissilə əvəz etməyə doğru çalışdırın. Mənəvi güclü insanlar problem haqda düşünməyə vaxt və enerji sərf etmirlər, bunun əvəzinə, fikirlərini problemin həlli üzərində cəmləşdirirlər. 

2. Gücünü vermək

Problemlərimizə və mövcud şəraitə görə başqalarını günahlandırmaq çox cəlbedici ola bilər. "Qayınanam məni dilxor edir” və ya " Müdirim özümü pis hiss etməmə səbəb olur” kimi düşüncələr başqalarının bizim üzərimizdə gücə sahiblənmələrinə imkan yaradır. Necə düşünmək, hiss etmək və davranacağınızla bağlı məsuliyyəti öz üzərinizə götürün. Özünə səlahiyyətlər vermək mənəvi gücün yaradılmasında və istədiyin həyatı qurmaqda əsas komponentdir. 


3. Dəyişiklikdən utanmaq.

Baxmayaraq ki, özümüzə rahat çərçivədə qalmağı ən təhlükəsiz hiss qəbul edirik, yeni dəyişikliklərdən qaçmaq tam və zəngin həyat yaşamaq istəyimizə qarşı ən böyük maneələrdəndir. Həyatınızı yaxşılaşdırmağa doğru uzun yolda atdığınız ilk addım ola biləcək yenilikdə sizi rahatsız edən səbəbi tanımağı öyrənin. Dəyişikliklə bağlı yaşadığınız narahatlığa öyrəşməyi nə qədər çox təcrübədən keçirsəniz –  məsələn, yeni işə başlamaq və ya qeyri-sağlam münasibətdən ayrılmaq –  gələcəyinizi nəzarətə almaqda bir o qədər çox özünə arxayın olacaqsınız. 


4. Nəzarət edilməsi mümkünsüz şeylərə enerji sərf etmək. 

Bütün yalnış şeylər haqda tez-tez narahat oluruq. Tufana hazırlaşmaqdan daha çox, kaş ki, tufan olmayaydı arzusu ilə enerjimizi israf edirik. Əgər həmin enerjini həqiqətən də nəzarət edə biləcəyimiz işlərə sərf etsək, həyatın bizə doğru atdığı istənilən hadisəyə daha çox hazırlıqlı olmuş olarıq. Nəzarətinizdə olmayan bir şey üçün narahat olduğunuz ana diqqət edin – məsələn, başqa insanların seçimləri və ya rəqibinin davranışı bağlı hallar zamanı  – həmin enerjini daha səmərəli bir işə sərf edin. 


5. Başqalarını məmnun etməklə bağlı narahat olmaq.

Çox adam belə deyir: " Başqalarının nə düşündükləri vecimə deyil”, lakin bu, onlardan gələ biləcək zərər və ağrıya qarşı qalxan müdafiə mexanizmidir ki, adətən rədd etmə ilə müşayət olunur. İnsanları məmnun etməyə çalışanlar bütün formalarda ortaya çıxırlar. Bəzən onları bir mil uzaqlıqdan qaralaya bilirsən, bəzən isə onların başqalarını hirsləndirmə qorxularının dərin kökləri olur. Rəğbətlə qarşılanmayacaq şeyləri etmək və bu haqda danışmaq cəsarət istər, lakin həqiqətən də orijinal həyat, səndən sənin dəyərlərinə uyğun -onlar kütləvi olmasa belə -  yaşamağı tələb edir. 


6. Hesablanmış riski gözə almaqdan qorxmaq.

Hər gün yüzlərlə olmasa da, çoxlu sayda seçimlər edirik və bunun riskilə bağlı çox az düşünürük. Velosiped sürərkən dəbilqə taxmaq,  ipoteka götürmək qərarı və s, adətən bu kimi seçimlərdə emosiyalarımıza əsaslanırıq, həqiqi risk dərəcəsinə yox. Qorxu səviyyəsinə uyğun edilmiş risklər həmin riski gözə almağı hesablamanın düzgün üsulu deyil. Hisslər adətən rasional və güvənilən olmurlar. Risk etmədən fövqaladə olmayacaqsan və riski necə doğru hesablamağı öyrənmək sizə ən doğru seçimləri etməkdə yardımçı olacaq. 

7. Keçmişlə yaşamaq.

Keçmişindən təsirlənmək və öyrənmək mənəvi güc yaratmaqda faydalı ola bilər, lakin bu haqda çox düşünmək zərərlidir. Keçmişinizlə sülh bağlayıb, bugünlə yaşamaq və gələcəyi planlaşdırmaq çətin ola bilər, xüsusilə əgər keçmişdə çoxlu sayda uğursuzluqlar yaşamısınızsa, lakin bu, özünə hakim kəsilmənin vacib addımıdır.


8. Eyni səhvi dönə-dönə etmək.

Eyni səhvi iki dəfə etməməyi öyrənmək yaxşı olardı. Lakin, əslində reallıq budur ki, biz bəzən eyni səhvləri etməyə meyilliyik. Səhvlərimizdən öyrənmək təvazökarlıq və istək tələb edir ki, təkmilləşmək üçün yeni strategiyalar axtaraq. Mənəvi güclü insanlar öz səhvlərini gizlətmirlər və yaxud buna görə bəhanələr uydurmurlar, onlar səhvlərindən özünü yetişdirmək yolunda bir imkan kimi istifadə edirlər.


9. Digər insanların uğuruna qeyzlənmək.

Həmkarının işdə irəliləməsini görmək və ya dostunun uğurları haqda eşitmək insanda paxıllıq hissləri oyada bilər. Lakin digər insanların uğurlarına qeyzlənmək sizin öz məqsdələrinizə çatmaq qabiliyyətinizə müdaxilə edəcək. Uğur haqda özünüzə aid açıqlamanız və ya düşüncəniz olduqda, digər insanların öz məqsədlərinə çatmalarına dair paxıllıq hissindən azad olacaqsınız və öz xəyallarınızı gerçəkəşdirməklə məşğul olacaqsınız. 


10. Uğursuzluqdan sonra işi birdəfəlik atmaq.

İlk cəhdləriniz işə yaramayanda özünüzü utanmış, ruhdan düşmüş hiss etməniz normaldır. Gənc yaşlarımızdan uğursuzluğun pis olması haqda öyrədilirik, ancaq heç vaxt uğursuzluq yaşamadan nəyəsə nail olmaq da mümkün deyil. Mənəvi güclü insanlar uğurusluğu öz potensiallarına tam çatmaq üçün edilən cəhdlərinə doğru getdiklərinin sübutu kimi görürlər. 


11. Yalnız qalmaqdan qorxmaq.

Bügünün sürət dünyasında bir balaca sakit vaxtı olmaq tam cəsarət tələb edir. İnsanların çoxu sakitlikdən ona görə qaçır ki, hərəkət çatışmazlığı onlara narahat hisslər yaşadır. Lakin, mənəvi güc yaratmaq üçün vaxt əsas komponentdir. Mənəvi güclü insanlar öz düşüncələrilə tək qalmaq, onların inkişafına təsir etmək və gələcək məqsədlərini nizamlamaq üçün özlərinə bu şəraiti yaradırlar. 


12. Bütün dünyanı özünə borclu bimək.

Nəyəsə haqqı olmaq hissinə qapanmaq asandır. Lakin, bütün dünyadan və onunla bərabər bütün insanlardan istədiyinizi sizə verməsini gözləmək faydalı strategiya deyil. Layiq olduğunuzu düşündüyünüz şeyi əldə etmək üçün çalışırsınızsa, verməli olduğunuz  şeylər  haqda fikirləşməyə vaxtınız qalmayacaq. Həyatdan "ədalətlə alınıb-alınmamasından” asılı olmayaraq, hər kəsin paylaşmağa bir hədiyyəsi var.


13. Təcili nəticələr gözləmək.

Yaxşı olmazdımı, həyatda hər şeyi bir düyməyə toxunmaqla edə bilsəydik? Biz tez-tez "gözləmələr olmayan” dünyamıza elə öyrəşirik ki, beynimiz hər şeyin mütləq dərhal baş verəcəyi fikrinə inanmağa başlayır. Laki, özünü inkişaf etdirmə daha çox ilbiz sürətilə baş verir, nəyinki ildırım sürətilə. Çəki itirmək istəməyinizdən və ya daha incə münasibət inkişaf etdirmək istəyinizdən asılı olmayaraq, dərhal nəticə gözləməyiniz məyusluğa gətirib çıxaracaq. Mənəvi güclü insanlar bilirlər ki, doğru dəyişiklik zaman alır və onlar nəticəni görmək üçün gərgin çalışırlar. 

Yaxşı xəbər odur ki, hər kəs mənəvi güc yaratmaq qabiliyyətinə malikdir. Lakin bunu etmək üçün, tam potensialınıza çatmaqda sizə əngəl törədən məhvedici  fikirlərdən, hərəkətlərdən və hisslərdən agah olmalısınız. Hansı yönünüzün tanınmağa ehtiyacı olduğunu bilməklə və mənəvi güc yaratmaq üçün çalışmaları etməklə daha sağlam vərdişlərə yiyələnə biləcəksiniz.

Amy Morin, Psychology Today. 

Kultura.az