Məşhur aktyor müsəlman olur

Məşhur aktyor müsəlman olur

İrlandiyalı aktyor Liam Nison (Liam Neeson) "The Sun" qzəetinə açıqlamasında islam dininə keçmək istəməsi barədə danışıb.
 
O, İstanbulda səfərdə olarkən İsam dinindən çox təsirləndiyini bildirib: "İslam dinində insanı özünə cəlb edən özəlliyi var. Müsəlmanların Allaha ibadət forması insanların ruhuna xitab edir. Heç bir problem olmadan İslam dinini qəbul edib ona sarıla bilərəm. Gündə 5 dəfə dua etmək üçün azan oxunur. Bəlkə ilk həftələrdə azanı birinci dəfə eşidənlər üçün bu bir qədər ağır gələ bilər, amma müəyyən müddət keçəndən sonra azan səsi insanın ruhuna yeriyir və bunu dünyada əsrarəngiz bir şey olduğunun fərqində olursunuz".

ANN.Az xəbər verir ki, İstanbulda 4 mindən çox məscid olduğunu qeyd edən Liam Nison bəzilərinin həddindən artıq gözəlliyə malik olduğunu dilə gətirib: "Elə bu gözəllik islam dinini seçmək üşün yetərlidir".

62 yaşlı aktyor katolik olaraq tərbiyələndirildiyini və hər zaman bu dünyaya nə üçün gəldiyini, vəzifəsinin, öhdəliyinin nə olduğunu aydınlaşdırmaq üşün öz-özünə suallar verdiyini qeyd edib.

O, "The Sun"a açıqlamasında tanrının varlığını qəbul eləməklə yanaşı ateizmlə bağlı kitablar da oxuduğunu etiraf edib. 

Liam Nison 1952-ci ildə anadan olan Liam Nison dəfələrə Oscar mükafatına namizəd olub.

Edebiyyat.biz