Məşhur aktyor vəfat etdi
KİNO
- 30.11.2013
- 0 Şərh
- 1804 Baxış
Məşhur teatr və kino aktyoru Yuri Yakovlev bu gün 86 yaşında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə "MK”ya aktyorun son vaxtlar rol aldığı Vaxtanqov adına teatrdakı mənbə bildirib.
Güman olunur ki, aktyorun dəfni 3 dekabr, çərşənbə axşamı baş tutacaq. Həmin günə təyin olunmuş "Pristan” tamaşası aktyora həsr olunacaq.
Yakovlev bir çox sovet filmlərində, o cümlədən "Taleyin oyunu yaxud həmişə təmizlikdə”, "İdeal ər”, "İdiot”, "İvan Vasilyeviç peşəsini dəyişir”, "Kin-dza-dza” və başqa məşhur filmlərdə rolları ilə tanınır.