Məşhur “Aydın” pyesi serial oldu - FOTOLAR

Məşhur “Aydın” pyesi serial oldu - FOTOLAR

Daha bir yerli serialın çəkilişlərinə start verilib.

Kult.az Gün.Az-a istinadla xəbər verir ki, "Aydın” seriali dramaturq Cəfər Cabbarlının eyni adlı əsərinin motivləri əsasında çəkilir.

Serial gənc bir cütlüyün faciəvi həyat hekayəsindən bəhs edir. Yenicə ailə qurmuş Gültəkinlə Aydın həyatın onlar üçün yaratdığı maneələrə tab gətirməyə çalışırlar.

Serialın bu il oktyabr ayında "Azad Azərbaycan” (ATV) telekanalında nümayiş olunacağı nəzərdə tutulub.

"Aydın”da hadisələr müasir dönəmdə cərəyan edir. Filmin prodüser və ssenari müəllifi Şamxal Həsənli, rejissoru Almaniyadan dəvət olunmuş Enes Hakan Tokyay, quruluşçu operatoru - Gürcüstandan dəvət olunmuş Georgi Beridze, bəstəkarı isə Fransadan, Paris operasından dəvət edilmiş  - Pyer Tiloydur.

Çəkiliş heyəti gürcü, rus, alman və yerli əməkdaşlardan ibarətdir.

Rollarda - Əflatun Abdullayev, Aysel Bayramova, Pərviz Məmmədrzayev, Qurban İsmayılov və başqaları çəkilib.

Serial "Kaspi Global” prodakşının məhsuludur. Bu "Kaspi Global”ın sayca 3-cü ən böyük layihəsidir.

Bundan öncə "Son hədd” adlı serial istehsal olunub. Hazırda ATV telekanalında yayımlanır. "Çaqqal nəfəsi” adlı serial isə sentyabr ayında yayımlanacaq.

Kult.az