Məşhur İran aktrisasına qamçı cəzası kəsildi - FOTOLAR

Məşhur İran aktrisasına qamçı cəzası kəsildi - FOTOLAR

İranlı aktrisanın 67-ci Kann Film Festivalının sədrini öpməsi ölkəsində böyük reaksiya doğurub.

ANS PRESS-in məlumatına görə, "Qızıl Palma Budağı" mükafatının 5 qadın üzvündən biri olan məşhur aktrisa Leyla Hataminin açılış mərasimində festival sədrini öpməsi İran mədəniyyəti naziri tərəfindən sərt tənqid edilmişdi.

Hizbullah tələbələri adlı bir qrup İran prokurorluğuna şikayət edərək, Hataminin festival sədri 83 yaşlı Gilles Jacobu öpməsilə islami qanunları tapdaladığını bildiriblər.

Onlar aktrisanın etdiyi bu hərəkətə görə cəmiyyət qarşısında qamçılanması cəzasını tələb ediblər. Müraciətdə həmçinin, cəmiyyət içində qadının xarici bir vətəndaşı öpməyinin islami cəza qanununa əsasən həbslə cəzalandırılması lazım olduğuna da toxunulub.
 
İrandan gələn reaksiyaları görən Jacob da açıqlamasında pis niyətinin olmadığını, sadəcə salamladığını bildirib.

Qeyd edək ki, məşhur rejissor Əli Hataminin qızı Leyla Hatami 2012-ci ildə "Ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar" mükafatını qazanan "Ayrılıq" filmindəki rolu ilə tanınıb.

Qaynar.info