Məşhur

Məşhur "Issız Adam" Bakıda

Türkiyənin məşhur aktyoru Cemal Hünal Bakıya gəlib.

Anspress-in məlumatına görə, Azərbaycanda daha çox "Issız adam” filmi ilə tanınan aktyor ötən gün "Günçə” filminin təqdimatını keçirib. Sevilən aktyor paytaxtımıza həyat yoldaşı Lalə Canqal və sözügedən filmin rejissoru Kemal Uzan ilə birlikdə gəlib.

Filmin rejissoru çıxış edərək qonaqları Azərbaycan dilində salamlayıb, eləcə də Bakını və insanlarını çox sevdiyini bildirib. Filmdə iştirak edən başqa aktyorların gəlişi gözlənilsə də, gələ bilmədiklərinə görə, salamlarını göndəriblər.

Hünal Cemal da, öz növbəsində, Bakıda olmağının sevincini hər kəs ilə bölüşüb:
"Çox xoşbəxtəm ki, bu gün sizinləyəm. Şəhərinizə gəlməyi hər zaman arzulamışam, "Güncə” bunun üçün gözəl şans oldu” .

Aktyor, eləcə baş rolu canlandırdığı filmdən bəhs edib və hər kəsə orada olduğu üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, aktyor filmin nümayişindən sonra jurnalistlərin suallarını cavablandırıb və pərəstişkarları ilə şəkil çəkdirib.