Məşhur kişi yazıçıdan başqa kişiyə - SEVGİ MƏKTUBLARI

Məşhur kişi yazıçıdan başqa kişiyə - SEVGİ MƏKTUBLARI

Aygün Qurbanlı

Homoseksual dahi - Oskar Uayld
II yazı


(yazının əvvəlini burdan oxuya bilərsiniz)

Oskar Uayldın Alfred Duqlasa yazdığı məktublardan
 

"Əziz Bosi....Dəhşətli dərəcədə səninlə harayasa qızmar və rəngli bir yerə çıxıb getmək istəyirəm" (1892-ci il, Noyabr).


"Mənim oğlanım!
Sonetin çox gözəldir. Və qırmızı qızılgül yarpağına bənzər dodaqlarının tək musiqi və nəğmə çılğınlıqları üçün deyil,həm də öpüş çılğınlıqları üçün yaradılmış olması bir möcüzədir. İncə qızılı ruhun ehtiras və şeiriyyat  aləmində dövr edir. Mən Qiasinti tanıyıram,kimi ki,Appolo dəlicəsinə sevirdi,o sənsən,Qədim Yunan əsatirindən” ( Yanvar,1893).

"Əziz  Oğlanım,

Ümid edirəm ki,siqaretlər korlanmamış gedib çatıb. Mən Gledis de Qrey, Reqi və Alek York ilə nahar etdim. Onlar mənim onlarla birlikdə  Cümə Axşamı Parisə getməmi istəyirlər. Deyilənə görə, Boisdə insanlar flanel  və  həsir şlyapa geyərək nahar edirlər,ancaq əlbəttə ki, həmişəki kimi mənim pulum yoxdur və mən gedə bilmirəm oaraya. Bundan əlavə,mən səni görmək istəyirəm. Bu həqiqətən də gülüncdür,ancaq mən sənsiz yaşaya bilmirəm. Sən elə əzizsən ki,elə  heyranedicisən ki! Bütün gün səni düşünürəm,sənin incəliyin,oğlansayağı yaraşığın, qılınc kimi iti ağlın,zəkanın incə  fantaziyası—həmişə anidən uçuşan qaranquş kimi şimala və cənuba , günəşə və aya  doğru pərvazlanan --- və hər şeydən öncə,sənin özün  üçün darıxıram.  Məni  təkcə Mortimer küçəsindən Sibilin mənə  dedikləri  təsəlli  edir.  ( kimi ki,fanilər Robinson xanım çağırırlar) Kaş mən onu inkar edə biləydim,amma edə bilmirəm. Və mən bilirəm ki, Yanvarın əvvəllərində mən və sən birlikdə uzaqlara,çox uzun bir dəniz səyahətinə gedəcəyik və sənin həyatın həmişə mənimlə əl-ələ davam edəcək. Əziz ,qəşəng oğlanım,ümid edirəm ki,sən özünü yaxçı hiss edirsən və xoşbəxtsən. Bertiyə getmişdim,bugün evdə yazdım,,daha sonra anamın yanına getdim. Həyatım boyu yaşadıqca Ölüm və Sevgi hər ikisi mənimlə bərabər addımlayır: düşünürəm ki,onlar yeganə şeylərdir ki,öz qanadlarıyla mənə kölgə salır.
 London sənin zərif ayaqların olmadan səhra kimidir……Mənə  tək bir sətir yaz və əbədiyyən  bütün mənim sevgimi götür.
Həmişəlik  sədaqətimlə ---- Səni necə sevdiyimi sözlərlə ifadə edə bilmirəm.
Oskar”

Dorian Qreyin Portreti romanı

Roman 1891-ci ildə kitab şəklində çapdan çıxmışdır, dekadent tərzdə yazılmış fəlsəfi romandır. ( p.s. décadent- düşən,əxlaqi dəyərlərin düşməsi kimi tərcümə oluna bilər), 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində  incəsənətdə,musiqidə,ədəbiyyatda,memarlıqda,yaradıcı düşüncədə həddini aşmış estetizm, əxlaqsızlıq və individualizm ilə səciyyələnən tərzdir. Onu qədim incəsənət ənənələrinə müxalif tərz kimi yaratmışdılar. Dekadentlər incəsənətdə yeni formanın yaranmasını tələb edirdilər,müasir insanın dünyanı dərlk etməsində daha çevik və daha uyğun mürəkkəbləşmiş bir formasını istəyirdilər.) Oskar Uayld bu romanı üç həftəyə yazmışdı. Oskar Uayld özü bu əsəri haqda belə deyirdi : « Hər kəs Dorian Qreydə öz günahlarını görür. Dorian Qreyin günahı  konkret nədədir,heç kim bilmir. Kim onun günahını nədə görürsə,o, özü ö günahı tapıb çıxarır» Yazıçının Skots Observer jurnalının redaktoruna yazdığı məktubdan. 1890-cı il.
Romanda gənc və yaraşıqlı oğlan Dorian Qreyin rəssam Besil Holvord tərəfindən çəkilmiş portreti ətrafında gedən hadisələrdən söhbət gedir. Rəssam sadə,günahsız və məsum gəncin üz cizgilərini olduğu kimi təsvir edir, sadəcə insan gözəlliyinə vurğunluğunu göstərməyə çalışır. 

Müəllif yaratdığı rəssamın timsalında müəllimi Con Raskinin obrazını yaradır. Raskin gözəllikdə saflıq,günahsızlıq,xeyirxahlıq görürdü,Oskar da bu xüsusiyyətləri rəssamın dili ilə Dorian Qreyin rəsmində təcəssüm edir.  Yazıçı, rəssam Besilin dili ilə  bir insan daim belə gənc,gözəl və məsum qalarsa onun gözəlliyi heç vaxt məhv olmaz demək istəyir,o yaratdığı portretə,dolayısı ilə bu gənc,yaraşıqlı və hələ daxili dünyası çirklənməmiş gəncə vurulur ( sonralar bu, məhkəmədə Oskarın homoseksuallığına  və əsərin qeyri-əxlaqi olmasına dair sübut kimi göstərilir).Dorian özündə yalnız gözəllik görür. Lakin portreti rəssamın dostu Lord Henri Uatton gördükdən sonra, Dorian Qrey üçün başqa pəncərə açılır. Besil onu bu işdən yayındırmağa,gəncin beynini əks mənalı fikirlərlə təsir etməməyə çağırsa da Lord Henri bunlara əhəmiyyət vermir,gəncə həyatı olduğu kimi göstərməyə çalışır. Burada Oskar Uayldın digər müəllimi Uolter Peyterin izini görürük. Məhz o, gözəlliyə bədlik, bədxasiyyət qatmağın tərəfdarı idi, gözəlliyə bir də başqa yandan,mənfi tərəfdən baxmağa çağırırdı. Lord Henrinin timsalında yazıçı oxucu üçün bunları açıqlamağa çalışırdı: həyata bir də başqa yöndən baxın, nəfsdən qaçmaqdansa,ona boyun əyin,dadına baxmaq istədiyiniz bir şeyin dadını bilməyənə qədər o hər zaman sizin üçün cəlbedici olaraq qalacaq,bundan yaxa qurtarmağın yolu ona yaxınlaşmaq,dadını bilməkdir,sonra o, öz əhəmiyyətini itirəcək.,sizi öz cazibəsindən buraxacaq. Bəlkə ruhun azadlığa çıxışı onun  tamahına boyun əyməsindən  keçir? Oskar Uayld ömrü boyu belə yaşadı, vurğunu olduğu müəllimlərinin estetik düşüncələrini o,öz həyatında və yaradıcılığında yaşadı. Məsələn,əsərdə belə bir cümlə işlədir,” Sevgiyə sadiq olanlar onun mənasız varlığına varanlardır. Sevginin faciəsini o, kəslər dərk edir ki,kimlər ki, xəyanət edir".

Oskar Uayld özünü əsərin baş qəhrəmanı Dorian Qreyin yerində görür, gözəlliyə,incəsənətə  müxtəlif  tərəflərdən baxan müəllimlərinin arasında həyatı dərk etməyə çalışan gənc kimi, estetizm fəlsəfəsi ona o qədər təsir etmişdi ki, o, hər iki cəbhənin nəzəriyyələrini yaşamağa aludə olmuşdu. Sonralar onun Paradokslar Şahzadəsi olması,bəlkə də bundan irəli gəldi,o dərsini yaxşı mənimsəmiş tələbə idi, yaxşı və ya pis, gözəllik və ya eybəcərlik nədir? Və ya hər gözəllikdə bir eybəcərlik də varmı? Bəs tamah? Ona boyun əyməkmi yaşamaqdır? Əyməməkmi? İnsan nəfsinə boyun əyərsə onu nə gözləyir? Hansı hisslər keçirər? Və ya əyməsə? Hansımızın içində başqalarına deməyə cürət edə bilmədiyimiz istəklər yoxdur ki? Bunu gerçəkləşdirən insanlarmı cəsurdurlar ? Yoxsa gerçəkləşdirməyə cəsarəti çatmayanlarmı? Hər halda yazıçını istəklərindən qorxan adam adlandırmaq olmazdı,o,özü bütün bunları yaşadı,insanların mənfi və müsbət adlandırdığı dəyərləri yaşamaqdan qaçmadı .Romanda deyir : " Siz öz arzularınızı və yuxularınızı tanıyırsız, yadınıza düşən kimi  utanmaqdan qızarırsız ” , " Mənim üçün gözəllik möcüzələrin möcüzəsidir. Yalnız boş və məhdud beyinli insanlar xarici gözəlliyə baxmadan mühakimə sürürlər ”, " Yaşayın! İçinizdə gizlətdiyiniz o,gözəl həyatı yaşayın! Heç nəyi əldən verməyin!hər zaman yeni hisslər axtarışında olun! Heç nədən qorxmayın! ”  Bu təhrikedici sözlərlə Lord Henri mənfi qəhrəman rolunda məsum gənci yolundan çıxarırdı. Əslində burada mənfilik də yoxdur, kim öz arzularını yaşamaq istəməz ki? Sadəcə bir qədər cəsarət çatışmazlığı insanları bu yoldan döndərir. Həyatın gözəlliyi istəklərini gerçəkləşdirməkdən asılı deyilmi? 

Bu  təhriklərin arasında qalan Dorian get-gedə onu əzizləyən  rəssamdan uzaqlaşır,onda gözəlliyindən qaynaqlanan xudbinlik yaranır və get-gedə istəklərinin toruna düşür. O,özünü hədsiz sevməyə başlayır, özü öz istəklərindən, ləzzətlərindən asılı vəziyyətə düşür. Bir istək keçir ürəyindən,heç vaxt qocalmasın,daim gənc və yaraşıqlı qalsın,və mistik hadisə baş verir, Dorian qocalmır, heç vaxt təravətini itirmir,onun əvəzinə portreti dəyişir, yaşlanır. Burada yazıçı başqa bir fikri irəli sürür,əgər etdiyimiz pisliklər özümüzə göstərilsə,vicdanımıza güzgüdə baxsaq, illər üz təravətimizi,xarci görünüşümüzü deyil, mənəviyyatımızı çikinlləşdirsə özümüzü kənardan görməyə nə qədər cəsarətimiz çatar?  Etdiyimiz günahlar qəlbimizdə gizli qalmasa,vicdanımızı ört-basdır edə bilməsək,onları kimsə çəkib özümüzə göstərsə və kabus kimi bizi izləsə nə edərdik?  

Müəllif əsərdə bu suala da iki yöndən cavab verir, əvvəlcə qəhrəman—Dorian Qrey—onun mənəvi eybəcərliklərini çəkib özünə göstərən rəssamı öldürür. Bununla yazıçı demək istəyir ki,biz, bizə doğrunu söyləyən kəsləri,səhvlərimizi göstərən insanları,dolayısı ilə vicdanımızın güzgüsünü sevmirik,onu boğmağa çalışırıq,çünki insan xudbin varlıqdır,özünə aşiqdir,bizdən başqa hamı səhv edə bilər,ancaq özümüz yox! Romanın sonunda qəhrəmanın başqa çıxış yolunu görürük,o,bu dəfə özünü öldürür. Daha doğrusu portretini məhv edir, o,bilir ki,portreti məhv etməklə öz ürəyini,ruhunu məhv edəcək,ancaq səhvlərini düzəltmək üçün  başqa yolu qalmır, sevdiyi qızın intiharına səbəb olması,onun qardaşının öldürülməsinə bais olması onda bir hissi oyadır,vicdanı ilə öz-üzə gələ bilməmək hissi! O vicdanınından utanır və özünü məhv edir. 

Tənqidçilər əvvəlcə romanı mənəviyyata zidd əsər kimi qiymətləndirirlər,müəllifi əxlaqsız adlandırırlar. Lakin sonralar əsər ədəbiyyatda öz layiqli yerini tutur. 
Axı, həqiqətən də roman bir insanı özündəki mənfi və müsbətləri olduğu kimi görüb,özü-özünə öz vicdanı qarşısında hesabat verməyə çağırır və sonda dürüst etiraf qalib gəlir.  

Hələ sonralar dustaq ikən yazdığı De Pofundis  ( Etiraf Məktubu ) əsərində yazacaqdı,” Öz həyatına,yaşadıqlarına görə təəssüf hissi keçirmək öz şəxsi inkişafını tutuqlamaq deməkdir. Öz yaşadıqlarını təkzib etmək öz həyatının dodaqlarına yalan qoymaq deməkdir. Bu ruhunu təkzib etməkdən başqa bir şey deyil”
O heç vaxt yazdıqlarının əksinə yaşamadı,fikir dəyişdirmədi və səhv yaşadığını düşünmədi. 

Oskar Uayldın  əsərlərindən və müxtəlif yazılarından seçilmiş aforizmləri

Sən həmişə məni sevəcəksən. Mən sənin heç vaxt etməyə  cəsarətin çatmayan  bütün  günahları təqdim edirəm.
Təcrübə insanların öz səhvlərinə verdikləri sadə addır.
Emosiyalarıma baş əymək istəmirəm. Onlardan istifadə etmək, həzz almaq və onlara hakim olmaq istəyirəm.
 Nəfsdən yaxa qurtarmağın yeganə yolu ona təslim olmaqdır.
İnsanlar bugün hər şeyin qiymətini bilirlər ancaq heç nəyin dəyərini bilmirlər.
Birisi aşiq olarkən , özünü aldatmaqla  başlayır,başqalarını aldatmaqla isə bitirir. Buna da bütün dünya romantika deyir.
Uşaqlar həyata valideyinlərini sevməklə başlayırlar, böyüdükcə onları ittiham edirlər,bəzən isə bağışlayırlar.

Hər  mövcud  incə və gözəl bir şeyin arxasında bir faciə durur. 

Bəşəriyyət özünü çox ciddi qəbul edir. Bu dünyanın əzəli günahıdır. Əgər mağara adamı gülməyi bacarsaydı,Bəşəriyyət Tarixi indi tam fərqli olardı.
 Kişilər yorulduqları üçün evlənirlər,qadınlar isə sadəcə maraqlarından: hər iki tərəf sonda məyus olur.
-İncəsənət nədir?
-Xəstəlik
-Sevgi?
-Xülya
-Din?
-İnancın  dəbdə olan  ən uyğun Əvəzi
-Sən şübhəçisən!
-Heç vaxt! Şübhə Dinin başlanğıcıdır!
-Bəs sən kimsən?
-Tərif vermək  məhdudiyyətlər yaradacaq.
-Heç olmasa mənə ipucu verin!
-Saplar qırılır.Və siz labirintdə qalmağı riskə alırsız.
-Siz məni tamailə küncə sixdız.

Dünyada haqqında danışılmaqdan daha betər şey, haqqında danışılmamaqdır.
Yaşa! Daxilindəki o gözəl həyatı yaşa! Yaşaya biləcəyin şeylərin itməsinə icazə vermə. Yeni hisslərin axtarışında ol.Heç nədən qorxma.
Gülüş dostluğa başlamaq üçün pis başlanğıc deyil, biri ilə əlaqləri kəsmənin də ən yaxşı yoludur.
İnsanın etdiyi axmaq bir hərəkət , həmişə onun  alicənab məqsədlərindən törəyir.
Optimizmin əsası büsbütün bir dəhşətdir.

Dünya dəyişir,çünki siz fil sümüyü  və qızıldan yaradılırsınız. Dodaqlarınızın büküşü tarixi yenidən  yazır.
Bir kişi istənilən qadınla xoşbəxt ola bilər,onu sevməyənə qədər.
Aktyorluğu sevirəm,çünki burada  əsl həyatdan daha çox reallıq var.
O, çox ağıllıdır, bir qadın üçün olduqca ağıllıdır. Onda zəifliyin izaholunmaz cazibəsi çatışmır.
Qadınlar qulaqları ilə,kişilər isə gözləri ilə sevirlər.

Bu gecə özümdən bezmişəm,başqa birisi olmaq istərdim.
Sən hər kəsi sevirsən,bu o deməkdir ki,sən hər kəsə qarşı laqeyidsən.
Yalnız dayaz düşüncəli insanlar xarici görünüşə görə mühakimə etmirlər. Dünyanın əsl müəmması görünəndir, görünməyən deyil.
Qadın öz qızından on yaş gəncgörünürsə o, mükəmməlcəsinə hər şeylə təmin olunur.

Bugün insanlar özlərindən qorxurlar. Onlar bütün öhdəliklərdən ən yüksəkdə duranını unudublar, özünün öz  qarşında olan öhdəlik hissi! Əlbəttə,onlar xeyriyyəçiliklə məşğul olurlar,acları doyururlar,dilənçiləri geydirirlər. Ancaq onların öz ruhları ac qalır,ac və çılpaq.

Cəsarət bizim irsimizdən yoxa çıxıb. Gügman ki, o bizdə  heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi,hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi,hansı ki,dinin sirridir--- bu iki şey bizi idarə edir. Və hələ də,inanıram ki,əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə,dolu-dolu  yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya  reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün  bəlalarını unudarıq, və Antik idealdan da daha yaxşı,daha zəngin bir  ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insane belə özü özündən qorxur. İçimizdəki  vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır, və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq.  Hər impuls hansı ki,haqqında düşünməyi  daxilimizdə  boğmağa çalışırıq  bizi zəhərləyir.

Günah insanın üzündə yazılır, onu ört-basdır etmək olmur.
Gözəl qadının taleyidir ki,hara gedir getsin  söhbət mövzusu olur.
Ruh çox dəhşətli bir şeydir,onu almaq,satmaq və hətta dəyişmək olar.

Həyatları boyu bir dəfə sevdiklərini söyləyən insanlar həqiqətən də dayaz düşüncəli insanlardırlar. Onların sədaqət və vəfa adlandırdıqları şeyi,mən ya adətlərdən doğmuş süstlük,ya da xəyal çatışmazlığı adlandırardım.

Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş  ən mənasız münasibətdir.
Özünə sahib olan insan, məmnunluğunu  rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər.
Həyat andır,bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır.
Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm.
Qadınlar biz- kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər.

Bizim hər  birimizin içində Cənnət və Cəhənnəm var.
Yoxsulluq? O nədir? Yoxsulluq qapımızın ağzına gəlib çıxanda,sevgi pəncərədən uçub uzaqlaşır.
Hər insan öz həyatını yaşadı,və hər kəs yaşadığının qiymətini ödədi. Heyfslənəcək bir şey var ki, o da bir kəsin yalnız bir səhv üçün dəfələrlə hesab ödəməsidir. Eyni səhv üçün dönə-dönə  əvəz ödəməli olursan. 
Hər həzzdə bir zalımlıq yer alır .

Böyük sevgilər və kədərlər öz böyüklüklərinin həcmində məhv olurlar.
Xırdalıqlara varmaq çox bayağıdır.

Təhsil gözəl şeydir, ancaq bunu da vaxtaşırı xatırlamaq yaxşı olardı ki, bəzən  öyrənilməsi vacib olan şey,  heç vaxt öyrədilmir 
Qadınlar sevilmək üçün yaradılıblar, başa düşülmək üçün yox.

Kişilər sevəndə həyatlarından çox az şey qadınlara verirlər,qadınlar isə əksinə,hər şeylərini.
Biz hamımız zibil qutularındakı zibillərik,ancaq bəzilərimiz üzü yuxarı—ulduzlara baxır.
Kişilər qadınların ilk sevgisi,qadınlar isə kişilərin son sevgisi olmaq istəyirlər.

Qadınla kişinin arasında dostluq ola bilməz! Ehtiras,sevgi,düşmənçilik,səcdə ola bilər,ancaq heç bir dostluqola bilməz.
Mümkünsüz bir şeyə ümid etmək kamil intellekt göstəricisidir.

İnsanları yaxşıya və pisə bölmək gülüncdür, insanlar ya məftunedici olurlar,ya da zəhlətökücü.
Dünyada heç nə evli qadının sadiqliyinə bənzəmir, heç vaxt evlənməmiş kişilər bunu bilməzlər.
Əgər bir kitabı dönə-dönə oxumaqdan həzz almırsızsa onu heç oxumayın!

Müqəddəslə günahkarın arasındakı yeganə fərq ondadır ki, hər müqəddəsin  bir keçmişi, hər günahkarın bir gələcəyi var.
Eqoizm öz arzularına uyğun yaşamaq istəyi deyil,başqalarının sənin arzularına uyğun yaşamasını istəməkdir.
Sevilən kim yoxsuldur ki?

Həyat heç vaxt ədalətli olmayıb. Yaxşı ki, elə çoxlarımız üçün o, ədalətli deyil. 
Axmaqlıqdan başqa günah yoxdur.

Yaşlılar hər şeyə inanırlar,orta yaşlılar hər şeyə şübhə ilə yanaşırlar,gənclər her şeyi bilirlər.
İnsan ağlın diqtəsilə hərəkət etməyə çağrıldıqda əsəbləşən rasional heyvandır.
Uduş kartları olan hər kəs ədalətli oynayır.

Allahlar bizi cəzalandırmaq istəyəndə dualarımızı eşidirlər.
Bir valideyinini itirmək bəxtsizlikdi,hər ikisini itirmək etinasızlıq.
Özünü düşünməyən adam heç ümumiyyətlə düşünmür deməkdir.

Nə vaxt insanlar mənimlə razılaşırlarsa,həmişə düşünürəm ki,mən yanılıram.
Dünyanın əxlaqsız adlandırdığı kitablar,dünyanın özünün utanclarını göstərən kitablardır.
Qadınlar koplimentlərlə tərkisilah olmurlar,kişilər isə əksinə. Bu da iki cins arasında fərqdir.
Özün kimi ol,digər rollar artıq tutulub.

Təbii poza  saxlanması olduca çətin pozadır.
Həyatda iki faciə var: birincisi, bütün arzularına çata bilməmə, ikincisi,hamısını əldə etdikdən sonrası
Üzr istəyirəm,sizi tanıya bilmədim,mən çox dəyişmişəm.
Həyat yatmamıza mane olan kabusdur.

Çox adam dostlarının uğursuzluğuna məyus olur,ancaq az adam onların uğuruna həqiqətən sevinir.
Mən Cənnətə getmək istəmirəm,dostlarımın heç biri orada deyil.
Əgər insanlara həqiqəti söyləmək istəyirsizsə  onları güldürün,yoxsa sizi öldürərərlər.

Çox insan özü deyil,fikirləri başqalarının mühakimələridir,həyatları kiməsə səcdə etməkdir,ehtirasları başqalarının ehtiraslarının təkrarıdır.
Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin.
Kərpic divarla danişmağı sevirəm,o yeganə varlıqdır ki,mənimlə mübahisə etmir.

Güman edirəm ki,öz əcəlimlə ölməyəcəm
Ən pisi o deyil ki,ürək qırılır,ürək qırılmaq üçün yaranıb. Ən pisi odur ki,ürək daşa çevrilsin.
Əvvəlcə qadın kişiyə qarşı müqavimət göstərir,hər şey onunla bitir ki,kişini uzaqlaşmağa qoymur.

Bədənimi ruhumdan ayırmaq üçün içirəm.
Əsl dostlar səni öndən bıçaqlayırlar.

O qədər ağıllıyam ki,özüm özümdən baş açmıram.
Sən elə düşünürsən ki, nəfsinə uymaq zəiflikdir? Sənə deyim ki,elə dəhşətli  şirnikləndirici şeylər var ki,güc,güc və cəsarət istəyir ki,ona məğlub olasan.
Heç kim öz keçmişini satın ala biləcək qədər varlı deyil
Yalnız incəsənət vasitəsilə biz öz mükəmməliyimizin fərqinə vara bilərik.
Vətənpərvərlik qəddarlıq məziyyətidir.

İnsan qeyri-mümkünə inana bilər,ancaq ağlasığmaza heç vaxt.
Bir insanın keçmişi elə onun özüdür , bu, insanları  mühakimə etmənin yeganə yoludur.
Müasir həyatda heç nə yaxşı  bayağılıq qədər təsiredici deyil. Bu bütün dünyanı bir-birinə qohum edir.

Biz dramaturqdan realizmə romantika qatmasını istədiyimiz halda,aktyordan romantikaya reallıq qatmasını istəyirik.
Həqiqət nadir hallarda təmiz olur və heç vaxt sadə olmur.

Evli kişinin xoşbəxtliyi evlənmədiyi qadındadır.
O şey dəbdədir ki,onu yalnız sən özün geyinirsən.
Ən yaxşı mühit elə sən özünsən.

KULT.AZ