Məşhur türk karikaturaçının Bakıda sərgisi keçiriləcək

Məşhur türk karikaturaçının Bakıda sərgisi keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıdakı “Qız Qalası” Qalereyasında Türkiyənin tanınmış karikaturaçı rəssamı Kadri Doğruerin əsərlərindən ibarət sərgi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sərginin keçirilməsində məqsəd Azərbaycanla Türkiyə arasında incəsənət sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi, tanınmış türk rəssamının yaradıcılığının Azərbaycanda tanıdılmasından ibarətdir. Sərgi aprelin 10-dan 20-nə kimi davam edəcək.

Kadri Doğruerin ilk karikatura işi 1977-ci ildə “Çarşaf” yumoristik jurnalında nəşr olunub. Daha sonra karikaturaları “Çarşaf”, “Çivi”, “Gırgır”, “Karikatura” və “Diyojen” jurnallarında, “Hürriyet” və “Tercuman” qəzetlərində nəşr edilib.