Məşhur yazıçı dünyadan köçdü

Məşhur yazıçı dünyadan köçdü

İsrailin dünya səviyyəsində ən çox oxunan yazıçılarından Amos Oz vəfat edib.

Yarpaq.Az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən yazıçı 79 yaşında dünyasını dəyişib. Onun ən böyük fəaliyyəti İsrail-Fələstin probleminin həlli üçün ikidövlətli bir həll variantını təklif etməsi olmuşdu. Bu səbəbdən ölkəsində müəyyən dairələr tərəfindən "vətən xaini" elan edilmiş, lakin yazıçının özü bunu "şərəf medalı" kimi dəyərləndirmişdi.

Yaradıcılığı ərzində bir çox mükafatlara layiq görülən Oz son illərdə İsrailin baş naziri Binyamin Netanyahunun idarə etdiyi hökuməti tənqid edirdi. Onun ölümündən sonra Hetanyahunun ofisi açıqlama yayıb.

"Bir çox məsələlərdə fikir ayrılığı olmasına baxmayaraq, Oza yəhudi dili və ədəbiyyatına göstərdiyi xidmətlərinə görə dərin minnətdarlığımızı bildiririk. O, İsrailin ən böyük yazıçılarından biri idi", - açıqlamada qeyd olunub.