Möhtəşəm

Möhtəşəm " Master və Marqarita"

Uzun müddət fasilələrlə oxuduğum , ilk başda yorucu gələn ,axıcılığı olmayan Mixail Bulgakovun şah əsəri

Master və Marqarita !

Uzun müddət fasilələrlə oxuduğum , ilk başda yorucu gələn ,axıcılığı olmayan Mixail Bulgakovun şah əsəri
Əsər o qədər qarışıqdır ki , bunu artıq beynimdə sistemləşdimişəm və olduğu kimi yazacağam. Bu yazıda bədii xəttin itməsinə görə məsuliyyət daşımaq istəmirəm.

Ölümündən 26 il sonra yayımlanmış və ilk çapında 80 səhifəsi senzuraya alınmış , sonradan tam olaraq nəşr edilən bu əsər dünyanın bir çox dillərinə tərcümə olunmuşdur . Bu əsərdən təsirlənən məşhur yazarlardan   Pelevin, Rushdie, Pynchon`un adı çəkilir .

Roman  iki fərqli zaman dilimində yazıldığı üçün roman içində roman təsirini bağışlayır.Hadisələrin çoxu Stalin dövründə -Moskvada keçərkən , 2-ci zaman dilimindəki hadisələr İsa Məsihin çarmıxa çəkilməsi hadisəsindən bəhs edir . Lakin tarixdəki məlumatlardan daha fərqli biçimdə.

Müxtəlif zaman dilimləri ilə yəni, roman içində roman yazmağı ilə Mixail Bulgakov postmodern ədəbiyyatın banilərindən sayılır.Əsərin əvvəllərində olan ironiklik, anlaşılmazlıq sona doğru daha maraqlı və düşündürücü əsərlə dəyişdirilir sanki.

Fəlsəfi cəhətdən Master və Margarita

İronik və fəlsəfi  dərinlik daşıyan bu əsərdə 1920-1930 – cu illərin Moskvasındakı ”həqiqi  dünya”Şeytan və onun mahiyyətinin ” xəyali dünyası” Pontuis Pilatus və həbs etdiyi Yeşua Ha Nozri  və ya İsa Məsihin ”tarixi dünyası" canlanır.

Bulgakov bu zamanlari və məkanları  incə ayrıntılarla bir romanda birləşdirən və bu müstəvilərdən ehtiyatla kənara çıxaraq oxucuya təqdim etdiyi "zəka" incəliyini və oyunqurma məharətini göstərir.

İdeya cəhətdən bütün ciddiyyəti ilə yanaşı, "Master və Marqarita” əsəri, ruhunda azad yaradıcılıq fantaziyasının tam hökm sürdüyü bir romandır.

Əsərin xülasəsi

Əsərdə ən müəmmalı obraz və eyni zamanda romanın əsas ideyasının daşıyıcılarından olan Voland alçaqlığı, yalanı, rəzilliyi, acgözlüyü kəskin tənqid edərək Bulqakov Moskvasının üzərindən qəzəblə ötüb keçir. Voland yer üzünə cəza vermək və əfv etmək üçün gəlmişdir və bilir ki, kimi nəyə görə cəzalandırmaq, nəyə görə əfv etmək lazımdır. İvanuşkadan ötrü o, xarici ölkə casusudur, tarix professoru Berliozdan ötrü ağlını itirmiş sərsəri, yabançıdır, Styopa Lixodeyevdən ötrü cadugərdir, Masterdən ötrü isə ədəbi personaj. Lakin əslində Voland İblisin özüdür.
Şeytan və onun dəstəsi şəhərdə peyda olub insanları anlaşılmazlığı ilə şübhələndirməyə və öncəgörücülyü ilə onları çaşdırmağa başlayır. Şeytanın ilk qurbanı isə Berlioz olur.Hansı ki,Şeytan ona öləcəyini demiş dostunun isə dəlixanaya düşəcəyini demişdir. Söhbətlərindən çox keçməmiş qatar relsinə sürüşüb düşən Berliozun başı bədənindən ayrılır və bunu Professor Volandın bildiyini  başa düşən dostu ağlını itirərək qaçmağa başlayır.
Şeytan və onun dəstəsi daha çox ironik shnələrdə peyda olur və ortalığı qarışdıraraq aradan çıxırlar.

Voland və köməkçiləri ilə bağlı olan təsadüflər Moskvanı  fantastik bir qarışıqlığa aparır.

Əsərin fantastik tərəfləri qopan baş,vampirlər ,uçan süpürgə ilə Moskvanın başında fırlanan  çilpaq qadınlar,gənclik kremləri , Volandın istənilən yerdə peyda ola bilməsində təzahür edir.Fikrimcə bu həmin dövrün satiranın fantastikanın  kuliminikasiya nöqtəsində ifadə edilməsidir.

Voland və tərəfdaşları Moskvada olduğu müddətdə insanların ikiüzlülüklərini göstərir.Əsas olaraq yazar burada Stalin dövrünün panaromasını ironik üslubda özünəməxsus şəkildə ifadə edir.
Bulgakov Sovetlərin ağır sistemini ironiya ,sarkazm,satirayla parçalayır.

Əsər üç ana mövzu əsasında yazılıb : İsa ,Voland və Ustad ilə Marqaritanın sevgisindən

İsa Məsih ilə XX əsrin Moskvası arasında 2000 il fərqin olması , İblisin isə bu zaman dilimində sərbəst hərəkəti və əsərin sonunda bu zaman dilimlərinin birləşməsi əsərin maraq doğuran yerlərindəndir.

Marqarita obrazı

- sevginin pisliyə qalib gəlmə tezisini göstərir.Marqarita xarakterinin canlandırılmasında  Faustun ədəbi dilinin köməyi olmuşdur. "Marqarita sevgisini müdafiə etmək üçün ruhunu şeytana satmışdır " …

Əsərdə tarix ,əxlaq ,ilahi ədalət,cəsarət ,qorxaqlıq kimi mövzulara ötəri yanaşılmayıb.

Şeytan ilə Matta Levi arasında keçen fəlsəfi dialoq əxlaqi ikilik olaraq oxucunu özünə cəlb edir.

-Söylə,sən kimsən ?

-Sonsuzadək pisliyi istəyən amma sonsuzadək yaxşılıq edən gücün bir parçasıyam.. Pislik olmadan yaxşılıq necə var ola bilər? Kölgələr itərsə yer üzü necə görünər ?

Bəs bu əsərin real simaları kimlərdir?

Şeytan və onun dostları (vampir, təlim görmüş pişik) həyatda Stalin və onun tərəfdaşları olaraq güman edilir.

Ustad obrazı isə Maksim Qorki bəzi hallarda Bulgakovun özünü canlandırır.
Ustadın sevgilisi olan Marqaritanın isə   real həyatda Stalin tərəfindən təlimatlandırılmış Mariya Andreyova olduğu bildirilir.

Əsərdən oxuyuculara miras qalan aforizmlər :

1 . Qaralamalar yanmaz .

-Xəyali gücün sözün,azadlığın basqı və terrora qalib gəlməsi kimi qəbul edilir.Kitabda ümidsizliyə qapilan Ustad bütün qaralamalırını ocağa atır .Lakin əsərin sonunda Voland Ustanın əsərini " Qaralamalar yanmaz " deyib Ustada təhvil vermişdir.

2. Ən böyük əxlaqi çöküntü qorxaqlıqdır.

Kitabın sonuna doğru İsanı çarmıxa çəkən zaman Pilatus tərəfindən oxunan :

-" Ölüm yoxdur .Biz həyatın saf irmağını görəcəyik.İnsanlıq Günəşə şəffaf büllurun arxasından baxacaq.

-sözlərini deyir .

Son sözləri isə – ən böyük qüsur qorxaqlıqdır – olur.

Kitabda ən böyük qüsurun sahibləri Sezara qarşı gələ bilməyən Pontis Pilatus və Yazarlar Birliyinin qərarları altında əzilən `Ustad`  olur.Gerçək həyatda isə şahəsərini gizlin-gizlin qələmə alan amma Stalin rejiminə boyun əydiyi üçün özünü bağışlaya bilməyən Bulgakovun özüdür.

Əsərdə Sezar və Stalinin adı keçmir.Amma hər iki rejimin insanlarının zorbalıqlara ,haqsızlıqlara boyun əymiş insanlar terroru, dəhşəti normal qarşılayırlar .

Əsərdə də eynilə canlandırılan – " Stolda yazı yazan içi boş kostyum kimi " vətəndaşların manqurtlaşmış olması göstərilib .

Voland Ustada kitabının son cümləsini yazmağı deyərkən Ustad 2000 ildir ki , iztirab çəkən Pontis Platusu bağışlayır və  onu kitabın son cümləsində azad edir .

Əslində isə Ustada vəd edilən həyat "büllurdan yolun sonu " deyil , dünyəvi bir həyatdır.

İndi ona sadəcə rahatlıq verilmişdir ,lakin "büllur yolun sonundakı aydınlanma " bağışlanmamışdır .

Mixail Bulgakovun şah əsəri sayılan Master və Marqarita əsəri 20-dən çox mükafata layiq görülüb.Bu əsərin təsirinə düşən yazıçılardan Pelevin ,Rushdie,Pynchon `un adları çəkildiyi halda  bu əsəri oxumamaq olmaz .

Master və Marqarita  1930-cu illərdə Sovetlərdə Marksizmin  bürokratikləşməsinə ən kəskin satiraları yazan  və eləcə də Sovet sistemini sarsıdan 3 böyük əsərdəndir:

1.  Aleksandr Soljenitsin –İvan Denisovicin bir günü

2. Pasternok- Dr.Jivago

3. Aleksandr Bulgakov-Master və Marqarita

Son olaraq qeyd edim ki, bu əsər rəsmi ədəbiyyatın düşməninə ,əsl ədəbiyyatın xilaskarına çevrilmişdir.


Sabina Jaffar 
kult.az