Milli azlıqların festivalı keçiriləcək

Milli azlıqların festivalı keçiriləcək

İyunun 23-dən 25-dək "Azərbaycan - doğma diyar” devizi altında Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Kult.Az-a verilən məlumata görə, Festival çərçivəsində tirajı 1000 nüsxə olmaqla Azərbaycan, ingilis, rus, fransız, alman dillərində "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" (CD) diskinin buraxılması, R.Behbudov adına Mahnı Teatrında bədii kollektivlərin çıxışları, Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən "Bir ailədə" adlı fotosərginin və "Azərbaycanda etnik mədəni müxtəliflik və "multikultural ənənələr" mövzusunda dəyirmi masanın təşkili planlaşdırılır.
 

Yekun olaraq, iyunun 25-də Musiqili Teatrda festivalın qala konserti keçiriləcək.

 

Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən keçirilir.