Milli caz banisinin yubileyi keçiriləcək

Milli caz banisinin yubileyi keçiriləcək

Görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Mustafazadənin 75 illik yubiley tədbiri keçiriləcək.

Axar.az xəbər verir ki, yubiley tədbiri aprel ayının 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil ediləcək.

Qeyd edək ki, Vaqif Mustafazadənin yaradıcılığı XX əsr milli musiqi mədəniyyəti tariximizin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirib. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub.

Edebiyyat.biz