Milli Kitabxanada 15 min kitabın təqdimatı olacaq

Milli Kitabxanada 15 min kitabın təqdimatı olacaq

Türkiyədən ölkəmizə gətirilmiş on beş min türkdilli kitabın təqdimatı keçiriləcək.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında reallaşacaq mərasim oktyabrın 19-na nəzərdə tutulub.

Kitablar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilib.

Nəşrlər Azərbaycan Milli Kitabxanasına və respublikanın digər şəhər və rayon kitabxanalarına təqdim ediləcək.