“Mona Liza”-nın ən qədim nüsxəsi tapıldı

“Mona Liza”-nın ən qədim nüsxəsi tapıldı

Madridin “Prado” muzeyində Leonardo da Vinçinin dünyaca məşhur “Mona Liza” əsərinin ən qədim nüsxəsi olduğu güman edilən rəsm əsəri aşkar edilib.

“Telegraph”ın verdiyi xəbərə görə, son illərin ən böyük tapıntısı hesab edilən şəklin Da Vinçinin əsas şagirlərindən biri tərəfindən çəkildiyi güman edilir.

Fransanın Luvr muzeyində saxlanılan orijinal rəsm əsəri tünddür və buna görə də, şəkildəki qadın daha yaşlı görünür.
Yeni aşkar edilən nüsxə isə qadının şəkil çəkilən zaman necə göründüyünü müəyyənləşdirməyi asanlaşdırır.

Təzə aşkar edilən “Mona Liza” nüsxəsinin orijinalı ilə bir emalatxanada çəkilməsi Luvr və Pradodakı mütəxəssislər tərəfindən təsdiqlənib.