Moskvada azərbaycanlı yazıçının pyesi oynanıldı

Moskvada azərbaycanlı yazıçının pyesi oynanıldı

Moskva Müasir Bədaye Teatrında azərbaycanlı yazıçı-ssenarist Lalə Əliyeva-Klıçkovanın pyesi əsasında səhnəyə qoyulmuş "Malçişnik” tamaşasının premyerası uğurla keçib.

AZƏRTAC xəbər verir ki, tamaşaya Moskva Müasir Bədaye Teatrının direktoru Ruslan Bankovski quruluş verib.

Süjet xəttinin hər bir qəhrəmanın zahiri firavanlığı ilə daxili aləmi arasındakı ziddiyyətin təşkil etdiyi tamaşanı "yeni dram” silsiləsinə aid etmək olar. Hadisələr keçmişdə yaxın dost olmuş, hazırda isə sadəcə tanışlıqları olan beş gənc oğlanın mürəkkəb ailə-məişət münasibətləri ətrafında cərəyan edir.