Natiq Məmmədlinin ilk romanı -

Natiq Məmmədlinin ilk romanı - "Körpüdə ümid"



"Qanun" nəşriyyatı Natiq Məmmədlinin "Körpüdə ümid" adlı romanını çap edib.

Ədəbiyyat.Biz-in verdiyi xəbərə görə, əsərdəki hadisələr Ümidqovan adlı məkanda və insanların arzularını həyata keçirən Ümid Pirinin ətrafında baş verir. Qəflətən dili tutulan bir uşağı şəfa tapması üçün bura gətirirlər, üç gecə ziyarətgahda qalır, camaatın ağıldankəm hesab elədiyi Pirdəli ilə dostlaşır və maraqlı söhbətlər alınır. Əslində isə danışan onların dilləri yox, ürəkləri olur.

Arada tarixin də sələri eşidilir. Min il geriyə qayıtmalı olursan, Pont hökmdarı Mitridatla Roma sərkərdəsi Pompeyin orduları Ümidqovanda üz-üzə gəlir. Təlaş içində olanları bir sual düşündürür, "kimə təslim olmaq- Şərqə, yoxsa Qərbə".

Nəhayət, dili tutulan uşağın insanların gizli məktublarını oxuması ilə pir müqəddəsliyini itirir.

Ümidqovan - körpü üstündə vətən deməkdir. Roman özlərinə körpü üzərində vətən quran insanlardan, onların keçmişləri və ümidlərindən bəhs edir.

Kitabın redaktoru Mahir Qarayevdir.

Kitabı şəhərin bütün kitab mağazalarından və alokitab.az saytından almaq olar.

Qiyməti 2 manatdır.

Ədəbiyyat.Biz