Nəriman Nərimanovun Marneulidəki abidəsi təmir olunur

Nəriman Nərimanovun Marneulidəki abidəsi təmir olunur

Görkəmli ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun Marneuli rayonundakı abidəsi yenidən qurulur.

Abidənin yerləşdiyi parkda və büstün üzərində artıq təmir-bərpa işlərinə başlanılıb.

Marneuli şəhərinin meri Zaur Darğallı AZƏRTAC-a müsahibəsində deyib ki, hazırda rayon ərazisində, xüsusilə də şəhər mərkəzindəki küçə və parkların, görkəmli şəxsiyyətlərin bu parklardakı abidələrinin bərpası və təmirinə başlanılıb. Artıq bir neçə park yenilənib və təmir olunub. Həyata keçirilən layihədə Marneulinin mərkəzindəki N.Nərimanov adına parkın və böyük ədibin abidəsinin bərpası da nəzərdə tutulub.

"Abadlıq, təmir-bərpa işlərindən sonra park əhalinin əsl istirahət mərkəzinə çevriləcək və bu böyük ədibin 150 illik yubileyinə əsl hədiyyə olacaq”, - deyə Z.Darğallı vurğulayıb.

Qeyd edək ki, abidə 1980-ci ildən sonra təmir olunmayıb.