Nicat Həşimzadə – Adəmlə Həvvanın gündəliyi

Nicat Həşimzadə – Adəmlə Həvvanın gündəliyi

Görkəmli amerikan yazıçısı Mark Tven 1835-ci ildə ABŞ-ın Missouri əyalətinin Florida bölgəsində doğulub. Əsl adı Semuel Lenqhorn Klemens olan Mark Tven bir müddət dənizçi işləmiş, öz təxəllüsünü dənizçilərin tez-tez işlətdiyi "mark tven!- ikini işarə et” ifadəsindən götürmüşdü.

Bəşər övladını ən çox maraqlandıran məsələ yaranışdır. Uzun müddət ilk insanın necə və nədən yarandığı məni düşündürüb. Oxuduğum dini rəvayətləri çox absurd hesab edirdim. Addəm – bəşərin ilk kişisi ilk cəzasını , bir qadının – Həvvanın tamahkarlığına görə aldı. Bəlkə bu səbəbə görə kişilər qadınlara nifrət edir.

Sual olunur, bəşər övladına yeməyi qadağan etdiyi almanı Tanrı hansı məqsədlə yaratmışdı ? Yerə ən yaxın olan ulduz materiyanı ən müsbət halda 4 ilə işıqlandıra bilərdi. Bibliyasa yazır ki, Tanrı ulduzları yaratdı və həmin an bəşəriyyət nura qərq oldu. Bibliya deyir ki, bəşəriyyətin 6 min il yaşı var. Amma elm sübut etdi ki, bəşəriyyətin yaşı yüz milyona yaxındır. Sonradan bu rəqəmlər daha da artdı.. Müqəddəs kitablar yazır. Tanrı əfv edəndir, O, bağışlamağı sevir. Siz də kinli olmayın, bağışlayın. Adəmlə Həvvanısa bağışlamadı. Bəşərin ilk insanlarının yaradılışını satirik dillə qələmə alan Mark Tven əslində dini rəvayətlərə ironik münasibətini əks etdirir.

Adəmin gündəliyi daha ironik üslubdadır. Sanki qadın üzərindəki kişi hegemonluğunu əks etdirir. Həyatında yenilik olan Adəm Həvvanı ilk dəfə görəndə heç nə anlamır. Onu qeyri – adi, qəribə məxluq adlandırır. Onun ümumiyyətlə insan olduğunu bilmir. Həvva qadın olduğunu deyəndəsə Adəm təəccüblənir.

Mark Tven həmçinin müqəddəs kitablardakı həqiqətdən uzaq fikirləri tənqid edir. Yaradılışdan 920 il keçdikdən sonra Həvvanın gündəliyindən çıxarış hissəsində maraqlı məqamlar var.

" 30 yaşımız olanda artıq 30 uşağımız vardı, bizim uşaqlarımızınsa 300, üstündən 20 il ötdüksən sonrasa əhalinin sayı altmış minə çatdı, iki yüz ildən sonunda bu rəqəm artıq bir neçə milyon olmuşdu.

Mən belə qərara gəldim ki, Adəmin beli betondan, Həvvanın bətnisə dəmirdəndir.

Əsəri dilimizə Aygün Qurbanlı tərcümə edib. Ön sözdə əsər haqqında maraqlı fikirlər bildirib. Heç bir təcrübəyə, yaşama təcrübəsinə malik olmayan iki varlıq birdən – birə necə inkişaf etdilər, İnsan sayı necə oldu ki, bu qədər sürətlə artdı. Bu, həqiqətə yaxın deyil. Mark Tven əsərlərində realizmi əks etdirir. Tven saxtakar insanlara istehzalı münasibət bəsləyirdi. O, uşaqların ruhi – psixoloji durumunu, mənəvi dünyasını, həyatlarındakı çətinlikləri görür və bütün bu məsələlərə görə üzülürdü. Əksər fikir adamları kimi Mark Tven də insanları fanatizmdən, mövhümatdan uzaqlaşdırmağa çalışırdı. Mark Tvenin " Tom Soyyerin macəraları ” və " Halkberi Finnin macəraları Amerika ədəbiyyatınınn ən oxunaqlı və ən realist əsərləri sayılır. " xeyirxahlıq karların eşidə və korların görə bildiyi bir dildir " fikrinin müəllifi olan Mark Tven yaxşı dostlardan, yaxşı kitablardan və rahat vicdandan ibarət həyatı ideal həyat hesab edir. Yumoru bəşəriyyətin ən ali xeyir – duası sayan yazıçı əsərlərində də bu fikrini təsdiq edir.

" Adəmlə Həvvanın gündəliyi ” oxunulması vacib olan əsərlərdən biridir. Xüsusən də Aygün Qurbanlı tərcüməni çox keyfiyyətli edib. Həm də ingilis dilli frazeoloji birləşmələri dilimizə tərcümə edən Aygün xanım bu birləşmələri çap etdirib. İngilis dilini öyrənmək istəyənlər üçün dəyərli vəsaitdir.

 


Nicat Həşimzadə