Nicat Həşimzadə - Anar ciddi yazıçı deyil

Nicat Həşimzadə - Anar ciddi yazıçı deyil

Anarın " Göz muncuğu"

Anarın " Göz muncuğu " kitabına 5 manat vəsait sərf etmisinizsə , deməli çox şey itirmisiz. Kitabı açan kimi 19 səhifəli ön söz adamı dəli edir. Ön söz də Anar o qədər təriflənib ki, heç ana elçi gedəndə oğlunu bu qədər tərifləmir. Ön söz pafosla zəngindir. Növbəti 3 səhifə aforizmlərə həsr olunub. Dünya dahilərinin ruhunu cəhənnəm odunda yandıran Anar öz fikirlərini yetərində ciddi şəkildə ifadə edə bilmədiyi üçün aforizmlərdən istifadə edir. Çingiz Abdullayev də eyni üsuldan yararlanır. Nəhayət ki, 23 cü səhifədə müəllif oxucuyla görüşə gəlir. Sözlərin təkrar olunması insanı bezdirir. 50 ilin yazarı Anarın yazdığı söz birləşməsi - Zil- zülmət qaranlıq. sən demə işıqlı da qaranlıq olurmuş. ya zülmət yaz, ya da qaranlıq . zil zülmət qaranlıq nədir ? Anarın obrazı eyni anda səmaya uçur, sonra məzara düşür, Misirə gedir ehramları görür. Hətta imkanı olsa AYB- nin təqaüdü hesabına kolbasa zavodu da açar. Sinonimlərdən həddən çox istifadə olulunub. Məsələn :

- Canı canından, qanı qanından olan varlığın ağrılarıyla, əzablarıyla, gücənməsiylə onun içindən işığıa çıxmış, gözəlim dünyaya gəlmişdi.

Sinonimlərə qarşı çox qəddar münasibət göstərilib. Ağrı, əzab və gücənmə sözlərinin ifadə etdiyi leksik mənalar arasında nə kimi fərqlər var ? Hər üçü eyni mənanı ifadə edir. Gərəksiz sinonimlərdə istifadə edilib Povestdə Anarın öz fikirlərindən daha çox hansısa filosofların fikirlərindən söhbət açılır. O filosoflar da dəqiq xatırlanmır.

İndi gələk əsas məsələyə, gözmuncuğu sözü mürəkkəb isim olduğuna görə birlikdə yazılır. Amma Anar müəllim bu sözləri mürəkkəb sözdən ikinci növ təyini söz birləşməsinə çevirib. Bu " ziya " sahibi nə zaman yazdığı dili öyrənəcək?

37 ci səhifədə 4 cümlədə 3 dəfə bəlkə bağlayıcısından istifadə olunub. Əsərdə sonra, amma kimi ifadələrdən dəfələrlə istəfadə olunması mətnin kefiyyətsizliyindən xəbər verir. Dialoqları oxuduğum zaman şoka düşdüm. Anar bu əsəri ilə bir daha sübut edib ki, mətn yazarkən köməkçi nitq hissələrindən doğru şəkildə istifadə edə bilmir. Bu zamana qədər aforizmlərdən bu qədər istifadə olunan kitab görmədim. İntelektual insan belə əsər yazmaz. İdealist təfəkkürü səmalara qaldırıb materialist təfəkkürü tapdalamaq doğru deyil. Anar müəllim üçün əsər sadəcə ölümdən sonrakı həyata inam üzərində qurulub. Başqa bir cümlə .

Əgər Allah varsa ölümdən sonra həyat da, o dünya da var. Bu fikirləri bu zamana qədər çox insan deyib. Sufizmi əks etdirmək məqsədi ilə çox əsərlər yazılıb. Bu mövzu standart, şablon mövzulara daxildir. Anar bu əsəri yazmaqla bir daha sübut etdi ki o, Azərbaycan ədəbiyyatına yeni nəfəs verməyib, verməyəcək də. Əsərdəki obrazlardan birini Anar belə təsvir edir :

- Saçlarını təpəsinin üstünə yığmışdı ( gülünc təsvirdi, Yəqin ki yazıçı uzun zamandır ki, müasir dünya ədəbiyyatından heç nə oxumayıb ) saçlarını yığıb da yazmaq olardı. Təpəsinin üstü nədir daha ?

Qadını lüt soyundurub yatağa uzandırdı. ( lüt soyundurmaq nə deməkdir, insanı soyunduranda onsuz da çılpaq olur da. Onda belə də demək olar - Qadını paltarlı soyundurub , lakin əslində Qadını soyundurub da yaza bilərdi ) . Kitabl oxuduqca zaman itkisinə görə təəssüf hissi keçirdim. Bu kitabdan öncə Stivinq Kinqin " Yazı sənəti " kitabını oxumuşam. "Gözmuncuğunu” oxuduğum zaman həmin kitabdan oxuduğum məqamlar yadıma düşdü. Anar feli sifət, feli bağlama tərkiblərindən lüzumsuz yerə istifadə edir. Sanki kitabın həcmi çox olsun deyə gərəksiz sözlərdən, sinonimlərdən, söz birləşmələrindən istifadə edib. Dialoqları bərbaddır.

Ölüm, yenidən doğulma haqqında çox əsərlər yazılıb. Anar bu əsəri ilə öz aləmində guya ki, materialistləri sındırıb idealistləri ucatlmaq istəyir. Amma əslində özü- özünü inkar edir.

Kitab haqqında çox yazmaq olardı, Amma səmimi deyəcəm. Sonadək oxumağa səbrim çatmadı. Çox mənasız əsərdi. İbtidai sinif şagirdi daha normal mətn yazardı. Ədəbiyyatda inversiya deyilən ifadə vasitəsi var. Bu ifadə vasitəsindən normal qaydada istifadə edərkən cümlədəki sözlər yerini dəyişsə də məna itmir. Təhkiyə pozulmur. Bu povestdə isə təhkiyədən danışmaq gülünc olar.

P.S Tələsmə , Zaur, Tələsmə sözlərini yazan yazıçıdan uğurlu əsər gözləmək mükünsüzlüyün həsrətini çəkməyə bənzəyir. O əsər də şablon ideya üzərində qurulub. Azərbaycan ədəbiyyatını şablonluqdan xilas etmək lazımdır. Anar " Göz muncuğu ” kitabını yazmasaydı daha yaxşı olardı . Mövzu qıtlığı tam çılpaqlığı ilə hiss olunur.

Nicat Həşimzadə