Nicat Həşimzadə - Kopirovator Çingiz Abdullayev

Nicat Həşimzadə - Kopirovator Çingiz Abdullayev


Çingiz Abdullayev dedikdə ağlıma hər şeydən öncə kopirovator yazar gəlir. Xalqı savadsızlıqda günahlandıran detektiv yazar bu savadsızlığa səbəb olan vacib insanlardan biridir. Çünki detektiv əsərlər xalqı oyatmaq əvəzinə yatızdırmaqla məşğuldurlar. Yazıçı Dronqo adlı bədii obraz yaradıb və həmin obrazı bütləşdirib. Çingiz bəyin təxminən 10 kitabını oxumuşam. Etiraf edim ki, zövq almışam. Sujet gözəldir, amma ideya yoxdur, heç bir informasiya əldə edə bilməmişəm. Bir dəfə müsahibəsini dinlədim. Deyir , indi yazıçılar elə əsərlər yazır ki, heç öz xanımları oxumur həmin əsəri. Yazıçılıq istedadını xanımına kitab oxutmaqla ölçən insan ciddi yazıçı ola bilməz. Çingiz Abdullayev yüksək intelektə sahibdir, bu, danılmaz faktdır. Çoxsaylı ciddi kitablar oxuyub, dünya ədəbiyyatına bələddir. Lakin romanlar yazmaqla sanki insanlarla məzələnir, ya da pul qazanmaq istəyir. Solçu olduğunu iddia edən yazıçı kapitalizmə və iqtidarda olan qurumlara xidmət edir. Bunu necə başa düşmək olar ?

ANS kanalında bir proqram yayımlanır. Proqramı izləməsəniz də yəqin ki, heç olmasa anonslarda görmüsüz. Bu kanal son zamanlar AZTV 2 funksiyasını yerinə yetirir. Söhbət Unversal proqramından gedir. Qapı – qapı düşüb adam axtarırlar ki, Çingiz Abdullayevə sual verən oxucular tapsınlar. Həmin oxucular da ədəbiyyatdan başqa hər mövzudan suallar verirlər.

Bir oxucu da sual verir ki , Çingiz müəllim sizcə Azərbaycan oxucusunun səviyyəsi nə dərəcədədir ? Yazıçı cavab verir ki, bu sual mənim xoşuma gəlmədi. Bu da təbii məsələdir. Çünki Azərbaycan oxucularının əksəriyyəti Çingiz Abdullayevi oxuyurlar, onları da qeyri – ciddi saya bilməz.

Mebel satışı ilə məşğul olan insan onlayn satış sistemindən danışır. Deyək ki, bunu yazıçının ciddi və ya qeyri – ciddiliyi ilə əlqsəsi yoxdur, bəs tv kanal hara baxır. ( yəqin sual verməyə adam tapmayıblar da, nə etmək olar, bu yaxınlarda bir dostuma deyiblər ki, dostlarını dəvət elə, Çingiz Abdullayevə sual versinlər, hətta deyəsən qonorar da verirlər ) Sanki ölkə də bircə nəfər ziyalı qalıb, bütün suallara da o cavab verməlidir. Sonra mobil telefon ustası soruşur ki, texnologiyanın insan həyatına hansı mənfi təsirləri var. Özüm ölüm promram deyil e, dəlixanadır. Proqamın adına baxın. Universal - pafosla doludur. Bayaq Dronqo obrazının bütləşdirilməsindən danışdım. Çox maraqlı məsələdir, sanki bütün dünya axmaqdır, heç nəyi doğru dərk etmir, Dronqo da onlara həyatı izah edir. Bütün qəhrəmanları uşaq yerinə qoyub məzələnir .

Yazıçı bir müsahibəsində deyir ki, xalqımız savavsızlaşır. İntelektuallığa meyilli deyillər, digər müsahibəsində isə bildirir ki, Azərbaycanda ciddi oxucular , yüksək musiqi zövqünə sahib insanların sayı artır. Növbəti müsahibədə yenidən deyir ki, Azərbaycanda kitab oxumurlar. Yazıçının müsahibələri ziddiyətlərlər zəngindir. Bir müsahibəsi digərini inkar edir. Çingiz Abdullayev birmənalı olaraq kübar təbəqənin yazarıdır . Dəfələrdə müsahibələrinə baxmışam, diqqətlə dinləmişəm. Həqiqətən də maraqlı fikirləri, ciddi tənqidlər var, Lakin yazıçılıq onun peşəsi deyil . Romanları bir – birinin təkrarıdır, yenilik yoxdur. Qara maşınlar, qara paltolu adamlar, 190 sm boyu olan cəngavər obrazı, tək zərbəsiylə bütün kainatı dağıda bilər. Hətta romanlarındakı sevişmə səhnələri də pafosla zəngindir . Şablon sujet xəttidir. Kişi qadının geyiminə qəhvə dağıdır, sonra qadın naz edir, sevişilər, yəni bu kimi standart sujetlər yaradır . Ümumiyyətlə detektiv əsərlər eyni sujetə malik olur. Qətl olur, müstəntiq cinayətin baş vermə səbəblərini axtarır, sonda da gözlənilməz qatil peyda olur. Bu hadisələrin arasında da romanı tez bitirməmək üçün əlaqəsiz fikirlər yazılır. Çingiz Abdullayevin əksər romanlarında bunu görmək olar.

P.S ümid edirəm ki, bu tənqidlərimdən sonra ANS telekanalı və Çingiz Abdullayev məni məhkəməyə verməyəcəklər. Bir oxucu və tamaşaçı kimi fikirlətimi yazdım. Qərəzsiz , vicdanlı şəkildə .

Nicat Həşimzadə