Nicat Həşimzadə -

Nicat Həşimzadə - "Qadınını paylaşan ər "


Çox anlaşılmaz insan olan Yura qeyri – adi davranışları ilə məni təəccübləndirirdi. Sevgilisinin xəyanət etdiyini bilsə də nigahdan imtina etməmişdi. İzdivac illərində də qadın onu aldadır, hətta bir yox, bir neçə kişiylə görüşürdü. Yura da hər şeyi bilir, biruzə vermir, susmağa üstünlük verirdi. Natalya əvəllər oynaşlarını ərindən gizlətsə də sonralar bunu lüzumsuz hesab etdi. Yura evdə başqa insanın olduğunu anlayanda səssiz halda uzaqlaşar, qadınını başqa kişinin qoynunda sərbəst qoyardı. Bilirəm, çoxlarınız onu ləyaqətsiz hesab edəcəksiz. İçinizdən ona vicdansız deyənlər olacaq. Amma inanın, Yura gözəl insandır. Heç vaxt dostunu satmaz, çətin vəziyyətdə qoymaz, kimsəsizlərə dəstək olardı. Natalyanı da sevirdi. Etdiyi bütün rəzalətlərə baxmayaraq boşanmaq haqqında düşünmürdü. Yura boşanmaq istəməsə də Natalya özü məhkəməyə boşanma haqqında ərizə təqdim etdi. Onun xəyali ər obrazı qadınını oynaşıyla birlikdə yaxalayarsa hər iksini öldürməli idi. Ərini şərəfsiz sayan qadın beləcə ilk nigah həyatına son qoydu. Qısa zamandan sonra Yura yenidən evləndi. Bəxtindən Anya da Natalya kimi oldu. O da zəngin oynaş siyahısına sahib idi. Ər bu dəfə də etiraz etmədi. Sanki kişilər Anyayla Yuranın da əvəzinə yatırdılar . Yuranın münasibətindən belə düşünmək olar. İkinci evlilik həyatı da uzun sürmədi. Hər şey təkrar olundu, Anya da Natalya kimi düşündü və boşandı. Xoşbəxtlikdən heç biri Yuraya övlad sevinci bəxş etmədi. Yoxsa aliment ödəməkdən ödəcəkdi yazıq ər.

2 il sonra Yura dul qadın Mavrayla evləndi. Çox danışıb başınızı yormaq istəmirəm. Mavranın oynaşları Anya və Natalyanınkın da daha çox idi. Hətta ikisinin cəmindən 2 dəfə çox idi. Mavra da Anya və Natalya kimi Yuradan boşandı. Qeyri – müəyyən, ziddiyətli düşüncələri ilə məni təəccübləndirən Yura sanki həyadakı təzadlara meydan oxuyurdu.

Depressiyaya qapılmışdı. 3 evlilik həyatı. Hər üçü də uğursuz. Heç birində də onu günahkar saymaq olmaz. Əsəbləri qarışan Yura sinaqoqa daxil olub ravinə qışqırdı :

- Mən günahsızam və bədbəxtəm . Üç dəfə evləndim , heç birində bəxtim gətirmədi. Axı İsa insanlara xoşbəxtliyinizi paylaşın , - deyirdi. Mən o qadınları sevirdim. Onlar mənim xoşbəxtliyim idi . Təkcə İsanın sözlərinə görə mən öz qadınlarımı, öz xoşbəxtliyimi başqaları ilə paylaşdım. Bəs hanı Tanrının ədaləti, hanı xoşbəəxtlik haqqında moizələr oxuyan İsanın bəşəri müqəddəsliyi ?

İki həftə sonra Yura əsəb sarsıntısından öldü. Anya, Natalya və Mavra birləşərək onun dəfn mərasimini təşkil etdilər. Yuranın cəsədiylə növbə ilə vidalaşdılar.

 

Nicat Həşimzadə