Nicat  Həşimzadə.  Rafaelin  Feodorası

Nicat Həşimzadə. Rafaelin Feodorası

Nicat  Həşimzadə

Rafaelin  Feodorası

Qumarxanaya daxil olanda qanun sizi əvvəlcə şlyapanızı başınızdan almaqla soyundurmağa başlayır.

Unutmayın, elə ki, yaşıl rəngli qumar xalçasına tərəf bir addım atdınız, artıq şlyapanız sizin olmadığı kimi, özünüz də özünüzün deyilsiniz. Gənc oğlan qızıl cingiltiləri səslənən salona qəti addımlarla daxil oldu. 
Dəyərli oxucular, Balzakın "Qulan dərisi” romanının əsas qəhrəmanı Rafael qumarda son pullarını uduzur və dərin əsəb gərginliyi yaşayır. İntihar etmək istəyir.

Lakin ölüm öncəsi, həyatının son anında dünyadan zövq almaq arzusu qəlbinə hakim kəsilir. Memarların yaratdığı sənət əsərlərinə baxaraq rəsm qalereyasına daxil olur.

Qoca tacir Rafaeli hörmətlə qarşılayır. Dahilərin rəsm əsərlərini, bahalı tabloları  göstərir. Tacir məhsullarını satmaq üçün çox çalışsa da Rafael yoxsul olduğunu etiraf edir. Tacir üzərində Şərq dillərində yazılar olan qulan dərisini göstərir. Yazıları oxuyub tərcümə edən gənc təəccüblənir. Tacir söyləyir ki, qulan dərisi arzularını həyata keçirəcək. Ən yaxın sirdaşın olacaq. Sena çayına atılaraq həyatla vidalaşmaq qərarına gələn Rafaeli  axmaq  fikirlərdən xilas edir. 

Tarixi-bioqrafik oçerklər yazan gənc var- dövlət əldə etmək üçün dostu Rastinyakın məsləhəti ilə Feodora ilə tanış olur. Tez bir zamanda onun rəğbətini qazanır. Lakin Feodoranın qəlbində özündən başqa heç kimə sığınacaq yoxdur.

O, eşqi azadlığın qatili hesab edir. Yoxsul qız Polinanın şəfqətindən, səmimi münasibətindən Feodoranın puluna və mövqeyinə görə imtina edən Rafael peşiman olur. Sonra Qulan dərisi arzularını yerinə yetirir. 
Varlı, məşhur insana çevrilir. Zira şan-şöhrət, qızıl ona bədbəxtlik gətirir. Əvvəlki  yoxsul həyatını, səmimi duyğularını geri qaytarmaq istəyir. Ölüm qaçılmaz olur; o, intihar etmir.

Öz əcəliylə ölür. Qulan dərisini ona ölümü xatırladır, həyatla vidalaşma zamanını göstərir. Ən tanınmış həkimlər belə onu xilas edə bilmir. Son günlərdə sevgilərini bir-birinə etiraf edən Polina və Rafael bu həqiqətə dözə bilmirlər. 

Feodora isə hələ də kübar mühitdə öz mövqeyini qorumaq haqqında düşünür. Polina ölüm anına qədər sevgilisinin yanında olur. Rafael onu qovub evdən uzaqlaşdırsa da...