Nicat Həşimzadə   -  Sağlam və xəstə nəsillər

Nicat Həşimzadə - Sağlam və xəstə nəsillər

Sağlam xalq qurmaq üçün sağlam nəsillərə, sağlam ailələrə ehtiyac var. Cümhuriyyət dövründə ziyalılarımızın öldürülməsi, repressiya illərində on minlərlə Azərbaycan ziyalısının qətlə yetirilməsi, sürgün olunması bizi min il geri salıb. Minillik geriləməni aradan qaldırmaq üçün gecə-gündüz çalışmaq lazımdır. Ölkəmizdə ziyalılara bəslənən etinasız münasibət xalqımızın elmə, sənətə ciddi yanaşmadığını göstərir.

Bəzi Avropa ölkələri Susiyalı qaçqınları qəbul etmədi. Bunun obyektiv və subyektiv səbəbləri var. Adamlar əsrlər boyu əziyyət çəkib sağlam xalq, sağlam genetik kod yaradıblar. Bu səbəbə görə də qaçqınları qəbul edib nəsilləri qarışdırmaq, genetik kodu zədələmək istəmirlər. Azərbaycan ziyalıları Rusiya, İran, Suriyada baş verən hadisələrə münasibət bildirir, alovlu fikirlər yazırlar. Amma vətəndaşları olduqları, yaşadıqları ölkədə baş verən hadisələrə münasibət bildirməyə cəsarətləri çatmır. Hərdən mənə elə gəlir ki, Gülbəs xalayla Məhəmmədhəsən əmi Putinlə Ərdoğanı barışdıracaq. Kənardan baxan elə bilər ki, xalqımızın 90 %- i politoloqdur. Evdə övladına dərs öyrədə bilməyən, məktəbə göndərməyi bacarmayan valideynlər facebook da camaata ağıl öyrədirlər. Azərbaycan həmişə işğal hədəfi olub. Nəticədə genetik kodlar qarışıb. Bəzən sağlam cəmiyyət qurmaq üçün yüzlərlə avarı adamı öldürmək tələb olunur. Cəmiyyət avara, axmaq adamlardan təmizlənməlidir. Eşq etiraflarına alçaldıcı şəkildə yox cavabı vermələri ilə fəxr edən qızlar ana olanda özləri kimi debil insanlar böyüdəcəklər. Sağlam ictimai mühakimə qabilliyətinə ehtiyacımız var. Ən çatışmaz cəhətimiz budur. Xəstə nəsillərin dünya vecinə deyil. Xəstə atalardan xəstə övladlar doğulur. Fiziki mənada demirəm. Səhv anlayıb aləmi qarışdırmayın. Minlərlə ziyalının məhvi həmin sayda sağlam ailənin məhvi deməkdir. İtirilmiş sağlam ailələri yaratmağa məcburuq. Əks halda gələcəyimiz bərbad olacaq. İnsanlar ancaq pul haqqında düşünürlər. 300 tirajla kitab çap etdirirsən. 4 manata satışa çıxarırsan. Adamlar hədiyyə istəyirlər. 4 manat kitaba pul xərcləməyə canları çıxır. Amma ən bahalı restoranlarda yemək yeyir, içki içirlər, ən bahalı bağazalardan geyimlər alırlar. Həftədə 30-40 azn kontura pul xərcləyirlər. Həftədə 10 azn siqaretə pul xərcləyirlər. Məşuqələrinə ayda 2-3 min pul xərcləyən kişilər övladlarının müəllimələrinə 5-10 manatlıq hədiyyə almırlar. 8 martda, 5 oktyabrda boşboğaz arvadlar kimi deyingənlik edirlər. Ömrü boyu bir dənə də olsa kitab oxumayan adamlar mənə ədəbiyyat haqqında dastan danışırlar. Ən qəribəsi bilirsiz nədir? Özü Səhl Sumbat olan adamlar Babəkin qəhrəmanlığından danışır. Bu qədər qeyri-səmimi münasibətdən yorulmuşam. Sağlam cəmiyyət qurmaq üçün şou- proqramlara nifrət edən, kitabsevər və kitaba pul xərcləməyə qarnı ağrımayan gənclik yetişdirmək lazımdır. Nəysə, gedin dincəlin. . . Yaşamaq həm də yaşatmaq mədəniyyətinə sahib olmaqdır . Köşəni 2 misralıq şeirimlə bitirmək istəyirəm.

Aclıqdan körpələr ölən dünyada,

Hələ də qadınlar hamilə qalır.