Nicat Həşimzadə - Con Fante mənim Tanrım oldu

Nicat Həşimzadə - Con Fante mənim Tanrım oldu

Con Fante mənim Tanrım oldu

Yaradıcılıq arzusu, yaşam eşqi olan hər kəsdə fərqli formalarda olsa da bir Baldini yaşayır. Öz şəxsiyyətinə bu dərəcədə pərəstiş etmək, söhrətpərəstliyə qapılmaq əksər yaradıcı insanlarda olur. Çünki yaradıcılıq ego məhsuludur. Romanın baş qəhrəmanı Baldini qeyri – müəyyən fikirlərlə zəngin obrazdır. Hekayələrini bir neçə dəfə redaktor Halkmuta göndərsə də uğurlu cavab almır. Lakin Halkmuta yazdığı ümidsiz məktubu redaktorun diqqətini cəlb edir və həmin yazını dərc edib Baldiniyə qonorar ödəyir. Küçələrdə dolaşan Baldini əsas bir məsələ haqqında düşünür :

Indi hər kəs mənə baxacaq, məni bir – birinə işarə edəcək, mənim hekayələrimdən danışacaq, imza almaq istəyəcəklər. Fəqət gözlədiyi diqqəti görmür, bəzi anlarda ümidsizliyə qapılır. Con Fante " Tozdan soruş ” adlı romanında göstərir ki, kişi üçün ən ağır xəstəlik qadınsız qalmaqdır, Qadınsızlıq kişidə nevroz yaradır. Elm də bunu sübut edir. Aclıqdan xilas olmaq üçün Baldini portağallarla qidalanır. Romanın bu hissəsi çox ağırdır. Gecə barlarından birində Kamillanı görür və aşiq olur. Hətta yoxsul anında belə özünü kübar, zəngin kişi kimi göstərir. Bu da söhrətpərəstlik nəticəsində yaranır. Başqa bir nəşriyyat da həmin yazını xülasə formasında istəyir və nəticədə Baldini əlavə 100 dollar qonorar alır. Bu onu sevindirir, lakin daxilində bir nagümanlıq var. O Kamillanı arzuladığı zamanda vera adlı qadın peyda olur. Baldini onun – Veranın Kamilla olduğuna özünü inandırmaq istəyir. Lakin müəyyən müddətdən sonra bu daxili gərginlikdən, isteriya anından xilas olduqdan sonra öz həqiqi Kamillasının axtarışına çıxır. Onu tapır, bəs sonra nələr yaşanır, Kamilla ondan nələt tələb edir.

"Tozdan soruş ” romanı bir yaradıcı insanın faciəsini əks etdirir. Əsərin sonunda Baldiniyə yazlarına görə yüksək qonorar verirlər. Lakin o uzun müddət həsrətində olduğu redaktor diqqətini, oxucu qayğısını görsə də yenə də tam olaraq xoşbəxt deyil. Vera gedir, Kamilla yenidən qayıdır, lakin bir daha gedir. Bandini yenə də tənhadır. Bundan sonra milyonlarla qonorar alsa da heç nə dəyişməyəcək. O ümidsizliyə qapılacaq. Əvvəlki şöhrətpərəstliyi zamanla öləcək. Oxucuları çoxalsa da o əvvəlki kimi həvəsli olmayacaq. Yazarın kitabı nəşr olunur, lakin o ilk hekayəsininn çap olunması xəbərini eşitdiyində sevindiyi kimi sevinmir.

Hanı Kamilla ? Şöhrətpərəst, təkəbbürlü Baldini yenə də qadınsızdır. Ona başqa qadın yox, məhz Kamilla lazımdır. Ondan teleqram gəlmir. Kamillanı tapa bilməyən Baldini kitabının ilk səhifəsinə Kamillaya sevgilərlə , Arturo yazır və kitabı külək istiqamətində bacardığı qədər uzağa tullayır .

Zero Nəşriyyatının oxuculara təqdim etdiyi bu kitab axıcı təhkiyəsi ilə insanı mütaliəyə çağırır. Tərcümə də uğurlu alınıb. Bu zamanadək Zero Nəşriyyatının cib kitablarını oxumuşdum. Cib Kitablarını istənilən yerə aparmaq olar. Həmin kitabları ictimai nəqliyyat vasitələrində oxumuşam.

Nicat Həşimzadə

 

 

 

 

 

 

 

 

 

 

 

Nicat Həşimzadə