Nizami Kino Mərkəzində pulsuz nümayiş günləri

Nizami Kino Mərkəzində pulsuz nümayiş günləri

Bu gündən etibarən Nizami Kino Mərkəzində bazar ertəsi, çərşənbə və cümə günləri milli filmlərin pulsuz nümayişinə başlanılıb.

 

Mərkəzdən verilən məlumata görə, məqsəd tələbə və gənclərin yerli filmlərə marağının artırılması, ekran əsərlərində əks etdirilən adət-ənənələrlə yaxından tanış olması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir Azərbaycanın tarixi və tanınmış simaları haqqında çəkilmiş filmlərin də nümayişi kino mərkəzinin layihəsində nəzərdə tutulub.