Nobel mükafatçısının kitabı azərbaycan dilində

Nobel mükafatçısının kitabı azərbaycan dilində

2014-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatçısı Patrik Modianonun "Kimliyi bəlli olmayan qadınlar” romanı  "XAN” nəşriyyatında işıq üzü görüb. Kitabı Azərbaycan dilinə Araz Gündüz tərcümə edib. Kitabın naşiri Müşfiq XAN, redaktorları Azad Qaradərəli və Cəlil Cavanşirdir.

Patrik Modianonun adı son vaxtlaracan dünya oxucusuna o qədər də tanış deyildi. 2014-cü ildə  Ədəbiyyat üzrə Nobel ödülünə sahib olması Modianonun yazıçı taleyində böyük dəyişiklik yaratdı. İndi bütün dünya oxucusu bu nasirin əsərlərini axtarır, onu dərindən tanımaq istəyir.

Nobel Akademiyası fransız yazıçısını "işğal altında həyat tərzinin insan taleyinə təsirinin dərkinə yönələn xatirələri məharətlə təsvir etdiyinə görə" mükafata layiq gördüyünü qeyd edib. Oxuculara təqdim olunan bu romanda da İkinci Dünya müharibəsi sonrasının  insan taleyi əks olunub. Üç müstəqil hekayətdən ibarət bu romanda  üç qadının taleyi verilsə də, bunlar, sanki, bir əlin barmaqları kimidirlər – ağır həyat tərzinin kimliyi bəlli olmayan insanlara çevirdiyi qadınlar.

Əsərdə  müharibənin vurduğu  yaralar, dərin lirizm və psixoloji nüanslar üstünlük təşkil edir.

"Kimliyi bəlli olmayan” qadınlar romanı artıq satışdadır və qiyməti 5 manatdır. Kitabı kitabevim.az kitab marketindən əldə edə bilərsiniz.

Edebiyyat.biz