Nobel mükafatçısının məşhur əsəri Azərbaycan dilində!

Nobel mükafatçısının məşhur əsəri Azərbaycan dilində!

Bu gün Qanun nəşriyyatında növbəti iki kitab yayıma göndərildi. Bunlar Knut Hamsun-un "Pan” romanı və Napoleon Hill-in "Zənginliyin açarı” əsəridir. 

Hamsunun ölməz əsəri "Pan”

Bu əsərdə mədəniyyətə və təbiətə aid iki nəfərin bir birinə son dərəcə güclü və anlaşılmaz sevgisindən bəhs olunur. 

Əsər əsasında müxtəlif dövrlərdə 4 film çəkilib. 

Yunan əsatirinə görə, Pan meşə, tarla və mal-qara tanrısı Hermesin oğludur. Panın barıtqabının üzərindəki kiçik fiquru ovçu Qlanın onun təsiri altında olduğuna işarədir. Qlan, demək olar ki, qadınlar üzərində sonsuz hakimiyyətə malik olmasıyla Pana bənzəyir. Buna baxmayaraq, bu bənzəyişin onun xarakterindəki əsas xüsusiyyətə dəxli yoxdur. Qlan öz arzu və istəklərini hər şeydən üstün tutan müasir «əsəbi insan»dır. Cəmiyyətdəki ruhsuzluq onu tənha qalaraq öz «mən»inin sirlərini çözə biləcəyi meşəyə sığınmağa məcbur edir. İnsanlardan uzaqlaşan qəhrəman öz azadlığına qovuşur.


Tərcüməçi:  Nadir Qocabəyli. 


Napoleon Hill uğurun ən böyük texnoloqlarından biri

 "Zənginliyin açarı” əsərində müəllif zənginliyi əldə etmək üçün universal açarı təqdim edir. 

Zənginliyin açarı sizi addım-addım uğurun praktiki fəlsəfəsi ilə tanış edəcək. 

Dünyanın yüzlərlə güclü və dövlətli adamlarının uğur təcrübələrindən ibarət kitab sizə həyatın istənilən sahəsində uğur qazanmağın yolları göstərəcək. 

Edebiyyat.biz