Nuşirəvan Məhərrəmli: “Belə getsə, telekanallarda izdivac verilişlərini dayandıracağıq”

Nuşirəvan Məhərrəmli: “Belə getsə, telekanallarda izdivac verilişlərini dayandıracağıq”

“Azərbaycan telekanallarındakı izdivac verilişləri Milli Televiziya və Radio Şurasını çox narahat edir. Belə davam edərsə, Şura bu verilişləri dayandırmaq məcburiyyətində qalacaq”.

bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunlarına həsr olunmuş iclasda bildirib.

MTRŞ sədri qeyd edib ki, gələcəkdə telekanalların musiqi redaksiyaları ilə bağlı da qərar veriləcək və musiqi redaksiyalarındakı keyfiyyətsizlik aradan qalxacaq: “Efirə çıxarmağa layiq olmayanların efirə buraxılması halları çoxdur. Qeyri-demokratik qərar olsa da, teleradio kanallarında bədii şuraların yaradılmasını tələb etməliyik”.

APA