Nuşirəvan Məhərrəmli: “Narazılıqla qarşılanan verilişlər haqqında qərar çıxarılacaq”

Nuşirəvan Məhərrəmli: “Narazılıqla qarşılanan verilişlər haqqında qərar çıxarılacaq”

Azərbaycan Teleradio Şurası telekanallarda ictimai narazılığa səbəb olan verilişlərin dayandırılmasında israrlıdır

“Cəmiyyətdə çox böyük narazılıqla qarşılanan verilişlər olacaqsa, Şura nəzdində fəaliyyət göstərən ekspert qrupunun rəyi əsasında belə verilişlər haqqında qərar çıxarılacaq”. Bu zöləri Trend.az-a Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, il ərzində ictimai narazılığa səbəb olan bir-iki verilişə qadağa qoyulsa, bu, digərləri üçün örnək olacaq. Şura özəl kanallarda bəzi verilişlərin tamamilə və yaxud qismən dayandırılması ilə bağlı əlavə səlahiyyətlərin əldə olunması üçün Azərbaycan hökumətinə müraciət ünvanlayıb.

Hazırda Şuranın özəl kanalların yaradıcılıq işlərinə müdaxilə etmək səlahiyyəti yoxdur. MTRŞ mütəmadi olaraq televiziya kanallarını cəmiyyətin maarifləndirilməsi mövzusunda verilişlər təqdim etməyə çağırır.

Qeyd edək ki, Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziya kanalı var.