Nyu-Yorkda İsfar Sarabski qasırğaya düşdü

Nyu-Yorkda İsfar Sarabski qasırğaya düşdü

Əməkdar Artist, caz pianoçusu İsfar Sarabski Nyu-Yorkda Amerikanın Caz Fondu tərəfindən təşkil olunmuş xeyriyyə qala konsertində uğurla çıxış edib.

AzərTAc xəbər verir ki, ABŞ-ın şərq hissəsini bürümüş “Sendi” qasırğası səbəbindən Nyu-Yorkda bir sıra yerlərdə, həmçinin İsfar Sarabskinin qaldığı ərazidə də evakuasiya işləri aparılıb. Həmçinin uçuşlar təxirə salındığından pianoçunun Vətənə dönməyi ləngiyib.

Kult.Az